AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

“Azərbaycan Mətbəxində Dolmalar. 381 Çeşid” kitabının təqdimatı

kitab-teqdimat-prev

15 dekabr 2019-cu il tarixində “Hilton Baku” Otelin Konfrans zalında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi tərəfindən “Xidmət-İş” Azərbaycan Respublikası Həmkarlar İttifaqları Federasiyasının üzv təşkilatı olan “Milli Kulinariya Mərkəzi”nin “Azərbaycan Mətbəxində Dolmalar. 381 Çeşid” kitabının təqdimat mərasimi keçirilmişdir.

Təqdimatda Azərbaycan Respublikası Millət vəkili Qənirə Paşayeva, Türkiyədən dəvət olunmuş, görkəmli ictimai xadim Əhməd bəy Ağaoğlunun nəticəsi, tanınmış türk musiqiçisi Ahmet Güvenç, “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası (HİF) tərəfindən Federasiyanın vitse-prezidenti Xəyyam Nəsibov, “İpekyolu Stratejik Araştırmalar Merkezi”nin Başkanı, Türkiyənin məşhur yazarı Seyfullah Türksoy və türk kino aktyoru İsmaıl Hakkı Ürün iştirak etmişdilər.

Tədbiri giriş sözü ilə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova açaraq, hamını salamlayıb, bu günə kimi görülmüş işlər barədə qonaqlara geniş məlumat verdi. Daha sonra “Milli Kulinariya Mərkəzi”nin direktoru Tahir Əmiraslanov daim “Xidmət-İş” HİF-sı tərəfindən üzvlərə göstərilən qayğı və diqqətlərini hər zaman öz üzərində hiss etdiklərini vurğulayıb, Federasiyanın peşəkarlığını xüsusi qeyd edərək, sözü Xəyyam Nəsibova verdi.

Xəyyam müəllim hamını salamlayaraq, ilk öncə bu təşəbbüsü irəli sürmüş və bu layihədə zəhməti olan şəxslərin hamısını ürəkdən təbrik etdi, Azərbaycan xalqının zəngin tarixi bütün sahələrdə özünü əks etdirdiyini söyləyərək, “Milli Kulinariya Mərkəzi” də öz növbəsində zəngin mətbəx incilərinin təbliğini milli dəyərlər əsasında apardığını vurğuladı.

Bu istiqamətdə hər kəs Vətən sevgisi, Vətən qayğısı ilə gələcək nəsillərin addımlayacaq yolunda həmkar olaraq, əllərindən gələni əsirgəməməyə çağırdı.
Sonda xatirə şəkilləri çəkildi.

IMG_6073

IMG-20191215-WA0014

IMG_5936

IMG_6159