AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

28 noyabr 2019-cu il tarixdə Federasiyanın bu gündəlikdə 4 Məclisi keçirildi

ilin-peshekar-genci-prev

1. Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində Həmkarlar İttifaqı üçün prioritet hədəflər və qarşıda duran vəzifələr.

2. Təşkilatı məsələlər: Məclisin tərkibində dəyişikliklər edilməsi barədə

3. 2019-cu ilin yekunlara görə Sahə üzrə“İlin peşəkar gənci” Müsabiqə qaliblərin təltifi növbəti IV Məclisi keçirilmişdir.

Federasiyanın birinci vitse-prezidenti Sadət xanım Tahirova açaraq Məclis iştirakçıları salamladı və təklif verdi ki, “Sahə üzrə əmək, təhsil və ictimai fəaliyyəti üzrə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İLİN PEŞƏKAR GƏNCİ” müsabiqəsinin qaliblərini-Əkbərov Tamerlan Eldar oğlu, AKU –nun mətbuat və ictimai işlər xidmət şöbənin rəhbəri, Gənclər təşkilatının sədri, Federasiyanın Gənclər Şurasının üzvü; Kərimli Leyla Firudin qızı - Azərbaycan Milli Kulinariya Mərkəzinin aparıcı texnoloqu; Quluzadə Günel Rəşid qızı- “Kurort”QSC “Şıx” sanatoriyasnın kompyuter operatoru, GBQP komissiyanın üzvü; Qurbanov Elvin Məmmədəli oğlu- “Kartek” firmasında kompyuter mühəndisi, Nərimanov RHIK üzvü; Cəfərov İsmət Şikar oğlu, “Aqrar Tədarük və Təchizat”ASC - nin büdcə, hesabatlıq və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi Federasiyanın Fəxri Fərmanları təqdim olundu.

IMG_4696

Əsas məsələyə aid məruzəni Məclis üzvlərinə Federasiyanın vitse-prezidenti Cəmaləddin İsmayılov təqdim etdi. Əvvəlcə o, Dayanıqlı İnkişaf Məqsədlərinin meydana gəlməsi zərurəti və əsas müddəaları barədə məlumat verdi. Dedi ki, “Qlobal Məqsədlər” kimi tanınan DİM-lər Minilliyin İnkişaf Məqsədlərinin (MİM-lər) əldə etdiyi nəticələrə əsaslanır və daha da irəli gedərək, yoxsulluğun bütün formalarının aradan qaldırılmasını hədəfləyir. Öhdəliklərin icrasında fəal iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası öz fəaliyyətini muzdlu işçilərin hüquq və mənafelərinin müdafiəsi üzərində qurmuşdur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının. Konsepsiyasına əsasən 8 istiqamət - tam və məhsuldar məşğulluq və layiqli iş, cinsə görə fərq qoyulmadan bərabər əməkhaqqı ilə təminat, gənclər arasında işsizliyin aradan qaldırılması, uşaq əməyinin bütün formalarına son qoyulması, qeyri-formal iqtisadiyyatın nizamlanması, sahibkarlığın stimullaşdırılması, əmək hüquqlarının qorunması, etibarlı və təhlükəsiz iş şəraitinin yaradılması, əmək miqrasiyası kimi məsələlər əksini tapmışdır.Federasiyamız bu istiqamətlərin hər birini öz iş planlarında nəzərə alır. Məruzədə deyildi ki, Dayanıqlı İnkişaf Məqsədlərinin uğurlu icrası üçün tərəfdaşlıq münasibətlərinin yaradılması, insanların maraqlarına cavab verən prinsip və dəyərləri əhatə edən sosial dialoqun inkişaf etdirilməsi məqsədilə netvork təşkilatlardan istifadə etmək, kollektiv müqavilələrin sayının və keyfiyyətinin artırılması, o cümlədən təlimatlandırma və maarifləndirmə işlərinin gücləndirilməsinə ehtiyaclar var. Respublika ictimai fikrinin muzdlu işçilərin və həmkarlar ittifaqlarının mənafelərinə uyğun şəkildə formalaşdırılması, həmkarlar ittifaqlarının strateji məqsəd və vəzifələrinin izahı, əhalidə həmkarlar ittifaqlarına dayanıqlı münasibətin formalaşdırılması məqsədilə maarifləndirici seminarların, görüşlərin, dəyirmi masaların təşkili vacibdir. Buna nail olmaq üçün internet resurslardan: facebookdan, instagramdan fəal istifadə olunmalıdır. Məruzə ətrafında çıxışlar dinlənildi: Bayramov Xanlar -hüquq müfəttişi, Səmədov Ələddin Nadir oğlu - Gəncə ŞHİK sədri, Muradova Zöhrə -Binəqədi RHİK sədri və b.Müzakirələrdən sonra müvafiq qərar qəbul olundu, təşkilati məsələlərə baxıldı.

IMG_4712

23

IMG_4683