AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

“İlin Peşəkar Gənci” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olundu

ilin-peshekar-1

Dekabrın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) "İLİN PEŞƏKAR GƏNCİ" müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi olub.

Mərasimdə çıxış edən AHİK sədri, millət vəkili Səttar Möhbalıyev gənclərə dövlət qayğısından danışıb. Deyib ki, bu sahədə dövlət qayğısının əsasında gənclərimizin sağlam, savadlı böyüməsi, onların peşəkarlıq səviyyəsinin mütəmadi artırılması, layiqli vətəndaş kimi yetişmələri durur. İşləyən və təhsil alan gənclərin məşğulluğu, təhsili və tərbiyəsi, mənəvi inkişafı sahəsində mühüm işlərin görülməsi davam etdirilir. Kompleks proqramlar, tədbirlər planları hazırlanıb həyata keçirilir. Əlaçı tələbələrə fərdi təqaüdlər,ehtiyacı olanlara güzəştli yeməklər, yardımlar verilir, yay dövründə istirahətləri təşkil olunur. Şübhəsiz ki, hər bir dövlətin gənclərə göstərdiyi münasibət həmin dövlətin gələcəyinə olan münasibətidir. Bütün bunları nəzərə alaraq ötən il "Xidmət-İş" HİF İcraiyyə Komitəsinin iclasında müsabiqədə iştirak etmiş 11 gənc arasında qaliblər müəyyən olmuş və AHİK-in Müsabiqə Komissiyasına təqdim edilmişdir.

Bu gün ötən ilin nəticələrinə görə, peşəkar fəaliyyət dövründə yüksək bacarıq və qabiliyyətlə fərqlənən, "İlin peşəkar gənci" fəxri adına layiq görülmüş, AHİK-in Fəxri Diplomu, Döş nişanı və vəsiqəsi ilə təltif olunan 56 nəfər istedadlı gəncimizdən 5 Federasiyanın nümayəndələridi: Mişenko Svetlana Vaqifovna - " Carlsberq Azerbaijan" MMC-nin brend mütəxəssisi, HİK üzvü; Dadaşov Anar Eynulla oğlu - Bakı Biznes və Kooperasiya Kollecinin daxili nəzarət və monitorinq şöbəsinin müdiri, həmkarlar ittifaqı komitəsinin sədri; Hümmətzadə Xəqan Ilham - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının "Hüquq və əmək münasibətləri şöbəsi"nin müdiri; İlhamlı Nərmin İlham qızı – Zaqatala şəhərin "Azərstar" MMC-dnin iqtisadçısi, ilk HİT sədri; Kazımzadə Nigar İlham qızı- "Baku Elektronics" MMC İnsan Resursları Departamentinin aparıcı mütəxəssisi.

 

ilin-peshekar-2

ilin-peshekar-5

ilin-peshekar-3

ilin-peshekar-4