AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

“Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri

istanbul-gorush-prev

Türkiyənin "Basisen Banka-Finans ve Sigorta İşçileri Sendikası"nın dəvəti ilə "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının (HİF) nümayəndə heyəti 26-29 noyabr 2019-cu il tarixlərində İstanbul şəhərində işgüzar səfərdə olmuşdur.

Nümayəndə heyəti səfərə aşağıdaki tərkibdə getmişdir: "Xidmət-İş" HİF-nın vitse-prezidenti Xəyyam Nəsibov, «Stonpey Kommersial Konstruktion» şirkətinin direktor müavini Rüfət Cəfərov, «AccessBank» QSC-nin Mikro və Pərakəndə Müştərilər üzrə Direktoru, Həmkarlar İttifaqının sədri Yaşar Soltanov və "TuranBank" ASC-nin Əməliyyat Departamentinin Direktoru, Həmkarlar İttifaqının sədri Mustafayeva Kəmalə.

IMG_4125

Səfər çərçivəsində nümayəndə heyəti "Basisen Banka-Finans ve Sigorta İşçileri Sendikası"nın Genel Başkanı Metin Tiryakioğlu və Sendikanın digər məsul şəxsləri ilə görüşmüşdür. Nümayəndə heyətinin rəhbəri X.Nəsibov Sendikanın kollektivinə başda Metin Tiryakioğlu olmaqla "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının prezidenti İlyas Əliyevin salamlarını çatdırdı.

IMG_4149

Sendikanın baş ofisində keçirilmiş görüşdə hər iki təşkilatın fəaliyyəti barədə geniş məlumat verilmiş, bu ilk görüşün təşkilatlar arasında gələcək faydalı əməkdaşlığına zəmin yaradacağını xüsusi ilə qeyd edilmişdir.

1-hisse-2

1-hisse-1

X.Nəsibov bu səfərin baş tutmasında Sendikanın başkanı Metin Tiryakioğlunun və Sendikanın Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Meral Günençin xüsusi rolunu qeyd edərək, Həmkarlar İttifaqları Federasiyası tərəfindən hazırlanmış xatirə hədiyyələri təqdim etdi.

20191127_194624

Sendikanın başkanı Metin Tiryakioğlu öz növbəsində Azərbaycandan gələn qonağlara bu işgüzar səfərə görə minnətdarlığını bildirib, bu ilk əlaqəni yüksək dəyərləndirərək, onun tarixi əhəmiyyətini xüsusiylə vurğuladı. Metin bəy gələn ilin əvvəllərində Bakıya səfər edəcəyinə söz verdi. Görüşün sonunda Sendikanın qonaqlar üçün hazırlanmış hədiyyələr təqdim olundu və xatirə şəkilləri çəkildi.

***

Növbəti görüş "Türk-İş" Sendikasının İstanbul şöbəsinin qərargahında baş tutdu. Sendikanın İstanbul Bölgə təmsilçisi Adnan Uyar Azərbaycandan gəlmiş nümayəndə heyəti ilə görüşmüş və təmsil etdiyi təşkilatın fəaliyyəti barədə geniş məlumat verdi. "Azərbaycan bir Qardaş Dövləti olaraq, bizim üçün hər zaman dəyərli" olduğunu bildirərək, hər iki təşkilat arasında işgüzar və faydalı əməkdaşlığın bu görüşdə təməl qoyulduğunu vurğuladı.

gorush-3

Daha sonra "Türkiye İş Bankası"nın baş şöbəsində görüş keçirildi. Şöbənin müdiri Tolga Achim Müller qonaqları qarşılayıb, bank işçiləri ilə tanış etdi. Görüş zamanı ikitərəfli əməkdaşlığın mümkünlüyü müzakirə edildi.

IMG-20191127-WA0045

Azərbaycan Türkiyə arasında olan əməkdaşlıq demək olar ki, bütün sahələrdə özünü əks etdirib. Biz də "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyası olaraq, "Basisen Banka-Finans ve Sigorta İşçileri Sendikası" və "Türk-İş" Sendikası arasında yaranan əlaqələrin inkişaf edəcəyinə inanırıq.

IMG-20191127-WA0043

IMG-20191126-WA0026

WhatsApp_Image_2019-12-04_at_13.25.01