AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

"Carlsberg Azerbaijan"şirkətində növbədənkənar görüş keçirilib

carlsberq-01

18 mart saat 12.00-da "Carlsberg Azerbaijan" şirkətində görüş keçirilmişdir. "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasına "Carlsberg Azerbaijan" şirkətində çalışan Nazim Fərəcov tərəfindən müraciət olunmuşdu. Görüşdə "Xidmət-İş" Həmkarlar  İttifaqları Federasiyası tərəfindən Federasiyanın vitse-prezidentləri  Xəyyam Nəsibov, Camaləddin İsmayılov  və  təşkilat şöbəsinin müdiri Roza Eyubova iştirak etmişdilər. "Carlsberg Azerbaijan " şirkətinin  Həmkarlar  sədri Tural  Niftəliyev hamını salamlayaraq, "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının rəhbərliyinə bu görüş üçün  vaxt  ayırdıqlarına  görə öz təşəkkürünü bildirdi və işin mahiyyətinə keçid aldı. Tural müəllim  bildirdi ki, kollektivdə  disbalans yaratmaq üçün Nazim Fərəcov üzvlərin xəbəri olmadan, onların adından istifadə edərək Federasiyaya reallığa cavab verməyən məktub ünvanlamışdı. Məlum oldu ki, Nazim Fərəcov şirkətin  Həmkarlar İttifaqı  üzvlərinin adından istifadə edərək, yalnış fikirlərlə "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasını dezinformasiyaya vadar edib, Federasiya ilə təşkilat arasında münasibətlərə  ziyan gətirmək  niyyətində idi. "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının nümayəndələrinin  iştirakı ilə fikir mübadiləsi aparılıb,  məsələyə aydınlıq gətirildi.  İştirak edən üzvlərin fikirləri dinlənilmişdi, müraciətləri nəzərə alınmışdı. Kollektivdə belə bir sabotaj yaradıb, insanları yalana vadar etdiyinə görə Nazim Fərəcovun Həmkarlar üzvlüyündən xaric edilməsi məsələsi səsə qoyulmuş və yekdilliklə qəbul edilmişdir. Sonra iclasın protokolu tərtib edilərək, iştirak edən bütün üzvlərin imzaları ilə təsdiq edilmişdir. Tural Niftəliyevin sədr kimi fəaliyyət göstərməyi hamını qane edir. "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının üzvlərə göstərdiyi qayğını, diqqəti, üzvlərin müdafiə etməyini öz üzərində hiss etdiklərini bildirdilər.

Sonra "Carlsberg Azerbaijan" şirkətinin direktoru Vyaçeslav Maltsev "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri ilə görüşdü. Şirkətin direktoru Vyaçeslav Maltsev "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının fəaliyyətini yüksək dəyərləndirib, üzvlərin müraciətlərinə, sorğularına Federasiya tərəfindən dərhal reaksiya verdiklərini, obyektivliyə sadiq qaldıqlarını  söylədi. Vyaçeslav Maltsev "Carlsberg Azerbaijan" şirkətinin fəaliyyəti haqqında qonaqları məlumatlandırdı. Şirkətin Federasiya ilə keçdiyi yola nəzər salaraq, irəlidəki illərdə bu münasibətləri qoruyub saxlayıb, inkişaf etdirməyi arzulamışdı. "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Xəyyam Nəsibov Federasiyanın  perzidenti İlyas Əliyevin salamlarını çatdırıb, "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının "Carlsberg Azerbaijan" şirkəti ilə olan  fəaliyyətində əllərindən  gələni əsirgəməyəcəklərinə  və bu münasibətlərin gələcəkdə davam etməyinə  söz verdi.

carlsberq-02

carlsberq-04

carlsberq-03