AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

Kurort-sağlamlıq ocaqları arasında kulinariya müsabiqəsi keçirildi

9-yanvar-2

Yanvarın 9-da "Kurort" Qapalı Səhmdar Cəmiyyətinin təşkilati-metodik şurasının təşəbbüsü ilə "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının iştirakı ilə "Abşeron" sanatoriyasında kurort-sağlamlıq ocaqları arasında "15-ci pəhriz" adı altında kulinarçıların müsabiqəsi keçirildi.

Tədbiri giriş sözü ilə cəmiyyətin müalicə-profilaktika şöbəsinin müdiri aparat işçiləri HİT sədri Çingiz Məmiyev müsabiqənin şərtləri, gedişi və qiymətləndirmə qaydası barədə məlumat verdi. Şöbənin aparıcı mütəxəssisi Nigar Nəzərli bildirdi ki, müsabiqə 5 nominasiya üzrə keçiriləcək, münsiflər tərəfindən hər nominasiyanın qalibləri və komanda müəyyənləşib mükafatlandırılacaq; müsabiqənin nəticələrinin ədalətli olması naminə təqdim ediləcək süfrələrin müəllifləri gizlin saxlanılacaq.

İlk nominasiya ev tapşırığı idi: təmiz, yaraşıqlı peşə geyimində olan aşpazlar, aşpaz köməkçiləri böyük həvəs, istək ilə masaların üstündə kulinariya möcüzələri yaratmağa çalışırdılar. Çox sürətlə və dəqiq hərəkətlərlə işləyirdilər. Hiss edilmədən nominasiyalar bir-birini əvəz edirdi. Hər nominasiya üzrə kulinariya şedevrləri seçilirdi. Nəhayət, xeyli məsləhətləşmədən sonra qərara alındı ki, komanda kimi "Günəşli" sanatoriyasının aşpazları birinci, "Şıx" sanatoriyasının aşpazları ikinci, "Qaranquş" sanatoriyasının aşpazları üçüncü, "Bilgəh" sanatoriyasının aşpazları dördüncü, "Abşeron" sanatoriyasının aşpazları beşinci nominasiyanın qalibləri seçildilər. Ümumiyyətlə, nominasiyalarda toplanmış ballar hesablanaraq,birinci yerə "Bilgəh" sanatoriyasının təmsilçiləri layiq görüldülər. AHİK-in sədrinin müavini, "Kurort" QSC-nin prezidenti Əbil Ağasıyev məlumat verdi ki, son illər AHİK-in sədri, millət vəkili, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti cənab Səttar Möhbalıyevin şəxsi diqqəti və qayğısı sayəsində cəmiyyətimizin tərkibində olan sanatoriyaların siması təsəvvürəgəlməz dərəcədə dəyişib, sanatoriyalarımız beynəlxalq miqyasda rəqabət apara biləcək səviyyəyə çatdırılıb. Bu gün sanatoriyalarımızın mətbəxləri ən yaxşı xarici firmaların istehsalı olan avadanlıqla təmin olunmuşdur, onlar həm keyfiyyət, həm sürət baxımından, yaxşı mənada, fərqlənirlər və bu da birdəfəyə 450 nəfər insana gecikdirmədən xidmət göstərməyə imkan verir.

Müsabiqə qida sahəsinin mütəxəssislərinin peşəkarlıqlarının daha da püxtələşməsini, onların ustalıqlarını, kulinariya sahəsində əldə etdikləri yenilikləri bir-biriləri ilə bölüşməsi məqsədi daşıdığı bildirərək, mükafatları təqdim etdi. Sonda xatirə şəkli çəkildi. Musiqi sədaları altında müsabiqə iştirakçılarının hazırladıqları təamların dadına baxdılar.