AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

05 fevral 2018-ci il tarixdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyanın V Qurultayı keçirildi

05 fevral 2018-ci il tarixdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyanın V Qurultayı keçirildi.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayının iştirakçıları fevralın 4-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə güllər və əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb. Sonra Şəhidlər xiyabanına gələn qurultay iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə güllər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

01

Fevralın 5-də Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayı öz işinə başlayıb.
Qurultayda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, sahə həmkarlar ittifaqları təşkilatlarından 1300-dək nümayəndə, dövlət və hökumət rəsmiləri, eləcə də 30 ölkədən 85 nəfər beynəlxalq həmkarlar ittifaqı liderləri və fəalları iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxudu.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Joao Felisio, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Pan Avropa Regional Şurasının prezidenti İrakli Petriaşvili, "Türk-İş" Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ergün Atalay, Türkiyənin "Hak-İş" Həmkarlar İttifaqları Konfederasiyasının sədri Mahmud Aslan, "Kamu-Sen" Həmkarlar İttifaqları Konfederasiyasının sədri İsmayıl Koncuk, "Məmur-Sen" Həmkarlar İttifaqları Konfederasiyasının sədri Əli Yalçın, Avrasiya Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqları Federasiyasının sədri Cemail Bakındı çıxış edərək təbriklərini çatdırdılar.

Qurultayda 2018-ci ildə Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar layihəsi səsə qoyularaq qəbul olunub və razılıq verməsi barədə Prezident İlham Əliyevə müraciət edilib.

Hesabat məruzəsi ilə AHİK-in sədri, Milli Məclisin deputatı S.Möhbalıyev çıxış etdi, təftiş komissiyasının hesabat məruzəsi dinlənildi. AHİK-in 2013-2018-ci illərdəki fəaliyyətinə dair hesabat məruzəsi ətrafında çıxışlarda qurumun işi qənaətbəxş hesab olunub. Çıxışlarda həmçinin AHİK-in sədri vəzifəsinə Səttar Suliddin oğlu Möhbalıyevin namizədliyi irəli sürülüb.

Sonra AHİK-in və təftiş komissiyasının hesabat məruzələri səsə qoyularaq təsdiqləndi.

Milli Məclisin deputatı Səttar Suliddin oğlu Möhbalıyev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçildi.
Daha sonra AHİK-in V qurultayının nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bütün dünya həmkarlar ittifaqlarına müraciəti səsləndirildi və təsdiq olundu.

* * *

12-1

12-2

02

03

04

05

Qurultayda "Xidmət-İş" HİF 100 nəfərə yaxın nümayəndə və dəvət olunanlar adından Federasiyanın vitse-prezidenti Cəmaləddin İsmayılov çıxış edib. C-İsmayılovun çıxışı Sizə təqdim edirik.

06

Hörmətli qurultay nümayəndələri və qonaqlar, hörmətli Səttar müəllim!

Son 25 ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası peşəkar fəaliyyəti, xüsusilə AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyevin tükənməz enerjisi, yüksək təşkilatçılıq bacarığı sayəsində dünya həmkarlar ittifaqı hərəkatının bərabərhüquqlu üzvünə çevrilmişdir. Səttar müəllimin Azərbaycan hökuməti və sosial tərəfdaşlarla işgüzar münasibətlər yaratması MDB ölkələrində bir nümunə kimi göstərilir.

Hörmətli qurultay iştirakçıları!

AHİK hesabat dövründə əmək, sosial, iqtisadi məsələlər üzrə normativ-hüquqi aktların hazırlanmasında fəal iştirak edib. Sevindirici hal odur ki, son illər ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətdə əmək bazarının inkişafı və işçi qüvvəsinin səmərəli istifadə edilməsi əsas istiqamətlərdən biridir. Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu siyasət və aparılan islahatlar nəticəsində əmək bazarında müsbət dəyişikliklərə nail olunmuş, işsizlik səviyyəsi 48%-dən 5%-ə enmişdir.
Dünya iqtisadi böhranı şəraitində AHİK-in BƏT ilə birgə keçirdiyi "Əməyin gələcəyi" mövzusunda müzakirələri böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Gənclərin Məşğulluq Şəbəkəsinə daxil olan qabaqcıl ölkələr sırasına qoşulmuşdur. Bu təşəbbüs BƏT-in texniki yardımı vasitəsilə BMT tərəfindən dəstəklənmişdir. Gənclərin məşğulluğunun dəstəklənməsi üzrə Milli Fəaliyyət Planında gənclər arasında işsizliyin azaldılması, onların məşğulluğunun, sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi və gənclərə peşəyönümlü təlimlərin keçirilməsi əsas prioritet təşkil edir.

Biz, həmkarlar reallığı onda görməliyik ki, getdikcə informasiya texnologiyalarının inkişafı əksər iş sahələrində, onların strukturunda köklü dəyişikliklərə və iş yerlərinin azalmasına mühüm bir səbəb olacaq.

Ali təhsilli gənclərin sayının ildən-ilə artmasına baxmayaraq, gənc mütəxəssislərin bilik və bacarıq səviyyəsi əmək bazarının və işəgötürənlərin tələblərinə tam uyğun gəlmir. Nəticədə şirkətlərdə bir sıra peşələr üzrə mütəxəssis qıtlığı olsa da, gənclər özünə çox çətin iş yeri tapa bilir.

Həmçinin yaxın illər ərzində tələbat yaranan peşələr barədə məlumatlılıq səviyyəsi aşağıdır. Bütün bu narahatlıq doğuran məsələlər maarifləndirmə sayəsində aradan qaldırıla bilər.

Biz, həmkarlar ittifaqları olaraq, gənclərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə "Layiqli Əmək üzrə Dövlət Proqramı" çərçivəsində silsilə seminarlar keçirməliyik.

Məşğulluq idarələrinin vəzifələri köklü şəkildə dəyişməlidir. Çünki yeni peşələri yalnız texniki bazası və peşəkar mütəxəssisləri olan peşə mərkəzlərində öyrənmək olar.
Bakıda və regionlarda mərkəzlər yaranmalıdır və onların tədris metodları beynəlxalq standartlara cavab verməlidir. Peşə sahiblərinə ölkə ərazisində tanınan və qəbul olunan peşə sertifikatları verilməlidir. Eyni vaxtda peşədəyişmə ilə əlaqədər problemlərin təsirini azaltmaq üçün bütün təhsil ocaqlarında (orta və ali) məcburi informasiya texnologiyasından (kompüter təhsili) dərslər təşkil edilməlidir. Bütün bu proseslərdə işçilərin əmək və sosial təminatlarını həmkarlar ittifaqı təşkilatları layiqincə qorumalı, əmək bazarında yaranan problemlərə aid proqnoz verməli və qabaqlayıcı tədbirləri işəgötürənlə birgə görməlidir.
Məncə, AHİK-in nəzdində "Əmək bazarının sürətlə dəyişməsinə dair proqnozlaşdırma şöbəsi"nin yaradılması məqsədəuyğundur.

Hörmətli həmkarlar!

Bildiyiniz kimi, dünya praktikasında gənclər arasında fermer təsərrüfatı ilə məşğul olmaq meyilləri artmaqdadır. Bizim ölkənin şəraitində regionlarda minlərlə gənci fermerlik peşəsinə cəlb etməyi vacib sayıram. Ölkəmizdə heyvandarlıq, quşçuluq, bağçılıq və digər sahələrdə fermer təsərrüfatı yaratmaq üçün hər bir imkan var. Bu istiqamətdə hökumət tərəfindən gənc fermerlərə maliyyə yardımı, vergi güzəştləri olmalıdır. Ölkədə əmək bazarının inkişafı orta və kiçik sahibkarların münasibətindən də çox asılıdır. Hamımız bilirik ki, ölkə başçısı sahibkarlığın inkişafına çox böyük diqqət yetirir, ancaq gəlin baxaq: bu diqqətə sahibkarlar nə dərəcədə sosial məsuliyyət göstərirlər? Təəssüflər olsun ki, əksər sahibkarlar dövlət qarşısında sosial məsuliyyət hiss etmirlər. Belə yanaşma ilə onlar qeyri-formal sektorun genişlənməsinə yol açırlar. Mənə belə gəlir ki, dövlət tərəfindən sahibkarlara köməklik nağd pul şəklində yox, natural şəkildə olmalıdır. Yardım konkret iş layihəsinə və iş yerlərinin artmasına yönəldilməlidir. Yerli orqanlar tərəfindən gənc sahibkarların və fermerlərin işinə yerli-yersiz müdaxilənin qarşısı alınsa, fermerlərə məhsulunu satmaqda real köməklik edilsə, gənclər bu işə maraqla qoşulacaqlar. Şübhəsiz ki, bu yaxınlarda cənab Prezidentimizin imzaladığı "Kiçik və Orta Biznez Agentliyinin yaradılması haqqında" Fərman əmək bazarının seçimində iştirakçılar üçün güclü təkan olacaq.

Hörmətli qurultay nümayəndələri!

Mən "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının çoxsaylı üzvlərinin tapşırığı ilə hörmətli liderimiz Səttar Möhbalıyevin yenidən AHİK-in sədri seçilməsi təklifini irəli sürürəm.

Fevralın 6-da Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) birgə təşkilatçılığı ilə "Əməyin gələcək sferası, dayanıqlı inkişaf, həmkarlar ittifaqlarının vəzifə və perspektivləri" mövzusunda beynəlxalq konfrans keçirilib.

07

AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev konfransda çıxış edərək deyib ki, bu gün dünyada müşahidə olunan ictimai, siyasi və sosial ziddiyyətlər, işsizlərin sayının 200 milyonu aşması, ekoloji və təbii resursların israfçılıqla istifadəsi və tükənməsi problemləri fonunda insan həyatı üçün yarana biləcək təhdidlərin qarşısının alınması ideyası bəşəriyyətin gələcək konsepsiyasının əsasını təşkil edir. Bu baxımdan Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayder tərəfindən BƏT-in 104-cü sessiyasında irəli sürülmüş "Əməyin gələcəyi" təşəbbüsü və bu təşəbbüs ətrafında qlobal müzakirələrin aparılması çağırışı böyük əhəmiyyət kəsb edir. Əminliklə qeyd etmək olar ki, yeni əsrdə əmək sferası böyük dəyişikliklərə məruz qalır.

AHİK sədri qeyd edib ki, qlobal iqtisadiyyatda istehsal gücləri insanların tələbatını ödəməyə və yoxsulluğu aradan qaldırmağa imkan verdiyi halda, iqtisadiyyatın daxili mexanizmləri kütləvi işsizlik və tam olmayan məşğulluq doğurur, genişmiqyaslı sosial təcridolunmaya səbəb olur.
Səttar Möhbalıyev iştirakçıların nəzərinə çatdırıb ki, respublikamızda həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində ölkədə sosial-iqtisadi islahatların yeni mərhələsinə start verilib. Dünyada bu gün də davam edən iqtisadi və maliyyə böhranının iqtisadiyyatımıza obyektiv səbəblərdən göstərdiyi mənfi təsirə baxmayaraq, görülən kompleks tədbirlər nəticəsində 2017-ci ildə də Azərbaycan iqtisadiyyatı inkişaf edib, qeyri-neft sənayesi 5 faiz, o cümlədən kənd təsərrüfatı 2,6 faiz artıb. Son 10 il ərzində isə ölkənin ümumi daxili məhsulu 3 dəfədən çox artıb, 1 milyon 600 mindən artıq yeni iş yeri yaradılıb, əhalinin gəlirləri 5,2 dəfə, minimum əməkhaqqı 3,5 dəfə və orta aylıq nominal əməkhaqqı 3,8 dəfə artıb, işsizlik 5 faiz səviyyəsində saxlanılıb.

"Əməyin gələcəyi" konsepsiyasından irəli gələn təşəbbüslər, xüsusilə davamlı insan inkişafının təmin edilməsi məsələləri milli səviyyədə müzakirələrin mərkəzində dayanır.

Azərbaycan hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün imzalanan Layiqli Əmək üzrə Ölkə Proqramı sosial inkişaf naminə mühüm məqsədlərin reallaşmasına xidmət edən növbəti bir addımdır. Beynəlxalq əmək normalarının və əmək münasibətləri sahəsində əsas prinsiplərin və hüquqların təşviqi, sosial dialoqun inkişafı, səmərəli aktiv əmək bazarı proqramlarının həyata keçirilməsi vasitəsilə məşğulluğun artırılması, sahibkarlıq imkanlarının genişləndirilməsi və sosial müdafiə sisteminin gücləndirilməsi Ölkə Proqramının prioritetlərini təşkil edir.

Əməyin gələcəyi təşəbbüsü üzrə BƏT tərəfindən müzakirə üçün təklif olunan mövzular ("əmək sferası və cəmiyyət", "əməyin və istehsalın təşkili", "hamı üçün layiqli iş yerləri" və "əmək sferasının idarə olunması") yeni texnologiyaların inkişafı, demoqrafik perspektivlər, miqrasiya prosesləri, təhsil imkanlarının genişləndirilməsi kontekstində əmək sferasına daha geniş bucaq altında nəzər salmaq və bu sahədə baş verə biləcək dəyişikliklərə öz baxışımızı formalaşdırmaq imkanı yaradır. Ölkəmizdə bu tədbirlər sosial inkişafla qarşılıqlı əlaqədə olan məqsədyönlü iqtisadi siyasətin həyata keçirilməsi ilə bağlıdır. Məşğulluğun inkişafına və layiqli əməyin təmin olunmasına yönəldilmiş balanslaşdırılmış makroiqtisadi siyasət müəyyən nəticələrlə ifadə olunub.

Çıxışının sonunda S.Möhbalıyev bildirib ki, Azərbaycan Respublikasının məşğulluq və əmək bazarı sahəsində aparılan islahatlar nəticəsində əldə etdiyi nailiyyətlər nəzərə alınaraq ölkəmiz BƏT tərəfindən BMT-nin 2030 Gündəliyinin və Davamlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı region üzrə fokus ölkə seçilib.

Bununla əlaqədar 2018-ci il mayın 21-də Bakıda BƏT-in Baş direktoru Qay Rayderin iştirakı ilə 8-ci Davamlı İnkişaf Məqsədlərinin icrasına həsr edilmiş "Davamlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da bu konfransın işində yaxından iştirak edəcək və ona öz töhfəsini verəcək.

Konfransda qeyd edidi ki, Kapitalın qloballaşması həmkarlar ittifaqının mübarizəsini də qloballaşdırır. Həmkarlar ittifaqı hərəkatı, nə qədər güclü və mütəşəkkil olursa-olsun, təkbaşına milli və beynəlxalq kapitalın təzyiqinə davam gətirməlidir. Yalnız geniş və kütləvi etirazlar səviyyəsində dünyadakı ictimai və peşə hərəkatlarının demokratiyaya etinasızlığının qarşısını ala bilər. Həmkarlar ittifaqının bazası ilə ünsiyyət yolunun əsas bir nöqtəsi olmalıdır.

Konfransda Federasiyanın nümayəndələri iştirak edib.

08

Fevralın 07-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse- prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev Küveyt Həmkarlar İttifaqları Federasiyasının sədri Məhəmməd Cüməan Əl-Hudaniyəni və Federasiyanın baş katibi Məhəmməd Əl-Aradanı qəbul edib.

Qonaqları salamlayan S.Möhbalıyev Küveyt nümayəndə heyətinin AHİK-in fevralın 5-də keçirilmiş V qurultayında iştirakından məmnunluğunu ifadə edərək bildirib ki, iki dost ölkənin həmkarlar ittifaqı təşkilatları arasındakı işgüzar əlaqələrin və əməkdaşlığın möhkəmləndirilməsinə və dərinləşməsinə böyük önəm verir. AHİK sədri Küveyt nümayəndə heyətinin üzvlərinə Azərbaycan həmkarlar ittifaqlarının yaranma tarixi, fəaliyyət istiqamətləri haqqında danışıb, işçilərin mənafelərinin müdafiə olunması, əmək hüquqlarının qorunması, məişət və istirahət şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlərdən söhbət açıb.

Küveyt nümayəndə heyətinin rəhbəri Məhəmməd Cümaən Əl-Hudaniyə ölkəmizdə qarşılaşdıqları yüksək qonaqpərvərliyə və səmimi münasibətə görə öz minnətdarlığını ifadə edib. AHİK-in V qurultayına dəvətə görə S.Möhbalıyevə təşəkkürünü bildirən qonaq Azətbaycan həmkarlar ittifaqlarının ölkəmizin həyatındakı mühüm rolunu, Azərbaycan cəmiyyətinin inkişafına verdiyi layiqli töhfələri xüsusi olaraq qeyd edib və ölkəmizdə gedən sosial-iqtisadi dəyişiklikləri yüksək qiymətləndirib.
Söhbət əsnasında hər iki tərəf həmkarlar ittifaqı mərkəzləri arasındakı işgüzar münasibətləri, dialoq və ikitərəfli görüşləri davam etdirmək və möhkəmlətmək əzmində olduqlarını bildiriblər.

Görüşün yekununda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Küveyt Həmkarlar İttifaqları Federasiyası arasında Əməkdaşlıq Protokolu imzalanıb.
Həmçinin Küveyt və Baxreyn Krallığının Həmkarlar İttifaqları nümayəndələri "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyanın nümayəndələri ilə fevral ayının 03-də maraqlı və işgüzar görüş keçiriblər. Görüş iştirakçıları fevral ayının 06-da Federasiyanın prezidenti İ.Əliyevlə görüşərək Turizm və mehmanxana işçilərin həmkarlar ittifaqı ilə dostluq münasibətləri, əməkdaşlıq və iki dost təşkilat arasında həmkarlar ittifaqı fəaliyyətinin müxtəlif səviyyələrində birgə fəaliyyətin möhkəmlənməsi və dərinləşməsi haqqında məsələləri müzakirə etmiş və əməkdaşlıq protokolu imzalayıblar.

09

 

Dövlət mükafatları təqdim edildi

Fevralın 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təltif olunmuş bir qrup həmkarlar ittifaqı fəalına fəxri adı, orden və medalların təqdimetmə mərasimi keçirildi. Mərasimdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edərək, qeryd etdi ki, son illər respublikamızın iqtisadi və sosial həyatının bir çox sahələrində olduğu kimi, Azərbaycan həmkarlar ittifaqlarının həyatında da uğurlu dövr kimi yadda qalmışdır. 2018-ci ili isə AHİK-in 25 illik yubileyi və V qurultayı ilə qarşılamışıq.

10

Ölkəmizdə həmkarlar ittifaqı hərəkatı daim diqqət mərkəzində olmuş, dövlətimiz bu təşkilatın möhkəmlənməsinə öz fəaliyyətində mühüm yer ayırmışdır.
Həmkarlar ittifaqlarına doğma münasibəti ulu öndər Heydər Əliyevin siyasi kursunun sadiq davamçısı, ölkə Prezidenti İlham Əliyev cənablarından görürük. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təkliflərinin hökumət və şəxsən hörmətli Prezidentimiz tərəfindən müdafiə olunması bunun bariz nümunəsidir. Əhalinin sağlamlığının qorunması, bütün kateqoriyalardan olan insanların əməkhaqlarının, pensiyalarının, eləcə də işsizliyə görə müavinətlərin həcminin vaxtaşırı olaraq artırılması məsələləri daim cənab Prezidentin diqqət mərkəzində saxlanılır. "Həmkarlar ittifaqları haqqında" qanuna, əmək və inzibati xətalar məcəllələrinə edilən bir sıra dəyişiklik və əlavələr cəmiyyətdə həmkarlar ittifaqının rolu və statusunun daha da artmasına, onun maliyyə vəziyyətinin möhkəmlənməsinə şərait yaratmışdır.
Cənab İ.Əliyevin dövlətçiliyin möhkəmləndirilməsində, işçilərin hüquqlarının müdafiəsində həmkarlar ittifaqı hərəkatının rolunu yüksək qiymətləndirir. Bununla o, ölkəmizin ən kütləvi ictimai təşkilatına - həmkarlar ittifaqlarına böyük etimad yaratmış olur.

Elə möhtərəm Prezidentimizin V qurultaya göndərdiyi təbrik məktubunda da deyildiyi kimi "...Müasir dövrdə hüquqi dövlət quruculuğu prosesini həmkarlar ittifaqı olmadan təsəvvür etmək qeyri-mümkündür... Hazırda ölkəmizdə sosial tərəfdaşlıq sisteminin vacib subyektlərindən biri kimi çıxış edən həmkarlar ittifaqı təşkilatlarına öz işlərini zamanın tələbləri səviyyəsində qurması və funksional imkanlarının genişləndirilməsi üçün hərtərəfli şərait yaradılmışdır".

Vətəndaşların əmək və sosial-iqtisadi hüquqlarının təmin olunması sahəsində öz missiyasını daha əzmkarlıqla həyata keçirən həmkarlar ittifaqı fəallarının böyük bir qrupu respublikamızın ali mükafatları - orden, medal və fəxri adlarla təltif edilmişdir.

Möhtərəm Prezidentimiz tərəfindən təşkilatımızın yaradılmasının 100 və 110 illiyi, AHİK-in qurultayları ərəfəsində, təltif olanlar sıralarında Federasiyanın nümayəndələri "Tərəqqi" medalına layiq görülmüşdürlər: Muradova Zöhrə Sultan qızı- Federasiyanın Binəqədi RHİK sədri, Nəbiyeva Zilfira Qurbanovna- maliyyə şöbəsinin müdiri, Qədimov Tofiq Baxış oğlu- Federasiyanın Səbail RHİK sədri, Niftaliyev Tural Akif oğlu- "Carlsberq Azerbaijan"MMC həmkarlar ittifaqqı təşkilatının sədri. Mükafatları Səttar Möhbalıyev təltif olunanlara mükafatları təqdim etdi.

11