AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

"Xidmət-İş" HİF-in nümayəndələri Moskva şəhərində, KPT-nin IV qurultayında iştirak ediblər

4-6 sentyabr 2017-ci il tarixlərdə Federasiyanın nümayəndələri S.Tahirova və Z. Nəbiyeva Moskva şəhərində üzv olduğumuz "Ticarət, İctimai İaşə, İstehlak Kooperasiyası və digər sahibkarlıq sahələri işçiləri Həmkarlar İttifaqı Konfederasiyası" Beynəlxalq İctimai Birliyinin növbəti VI Qurultayında iştirak ediblər.

IMG_9521-111

Qurultayın işində Ümum Həmkarlar İttifaqı Konfedersiyasının baş katibin müavini V.Yuryev, "Sülh Fondu" Beynəlxalq Assosiasiyasının I-ci vitse-prezidenti S.Baburin ,"YUSTO" Avropa Universitetlərin rəhbərləri iştirak ediblər. Qurultayda"Ticarət, İctimai İaşə, İstehlak Kooperasiyası və digər sahibkarlıq sahələri işçiləri Həmkarlar İttifaqı Konfederasiyası" Beynəlxalq İctimai Birliyinin (KPT) sədri Mitrofanova Valentina Pavlovnanın hesabatı, Təftiş komissiyasının hesabatı dinlənildi, qurumun 2017-2022 -ci illərə fəaliyyətinin əsas istiqamətləri müzakirəyə çıxarıldı,təşkilatı məsələlərə baxıldı.

IMG_9495

Qurultayda Federasiyanın birinci vitse-prezidenti xanım Tahirova Sadat geniş məruzə ilə çıxış etmişdir.Məruzədə Federasiyanın 5 il ərzində görüldüyü işləri, iştirak etdiyi tədbirlər, keçirdiyi treninqlər qurultay iştirakçılarına çatdırıldı.

IMG-20170913-WA0000

"Ticarət, İctimai İaşə, İstehlak Kooperasiyası və digər sahibkarlıq sahələri işçiləri Həmkarlar İttifaqı Konfederasiyası" Beynəlxalq İctimai Birliyinin VI Qurultayı müvafiq qərarlar qəbul etdi, Mitrofanova V.P yenidən sədr seçildi, iki nəfər Ümum Həmkarlar İttifaqı Konfedersiyasının VIII Qurultayına nümüyəndələr seçildi. Cəmiyyətdə həmkarlar ittifaqlarının nüfuzunun gücləndirilməsi ilə əlaqədar həmkarlar ittifaqı hərəkatının birliyinin və həmrəyliyinin möhkəmləndirilməsində böyük xidmətlərinə və Ümum Həmkarlar İttifaqı Konfedersiyasının 25-illiyi ilə əlaqədar Federasiyanın 3 nümayəndəsi ,o cümlədən prezidenti İlyas Əliyev və birinci vitse-prezident Sadat xanım Tahirova Ümum Həmkarlar İttifaqı Konfedersiyasının Fəxri Fərmanı ilə, Sadat xanım Tahirova həm də UHİK qümüş doş xatirə nişanı ilə təltif olunmuşlar.

IMG_9644

IMG-20170913-WA0006