AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

Həmkarlar ittifaqı lideri Hamının doğması

Zöhrə xanım Muradova söhbəti heç də xoş olmayan etirafla başladı: "Hələ indiyə kimi heç nəyə asanlıqla nail ola bilməmişik. Amma üzləşdiyimiz çətinliklər zamanı bizi usandırmaq, ruhdan salmaq, necə deyərlər, yarı yoldan qaytarmaq da mümkün olmayıb".

Zöhrə xanım "Xidmət-İş" Həmkarlar İttifaqları Binəqədi Rayon Komitəsinin sədridir. 2005-ci ildən bu vəzifədə çalışır. Lideri olduğu təşkilatın sıralarında 1300 nəfər üzv birləşir. Çoxları üçün inandırıcı olmasa da, faktdır ki, hər bir üzvü adbaad tanıyır. Səbəbini özü belə izah edir ki, fəaliyyətimi bir kabinetin dörd divarı arası ilə məhdudlaşdırmağa alışmamışam. Daim hərəkətdə, insanlarla ünsiyyətdə olmaq, üzbəüz durub danışmaq iş üsulumdur. Elə bir üzv təşkilatımız yoxdur ki, ora dəfələrlə getməyim.

lider-zohre

Bilirsiniz ki, həmkarlar ittifaqının ictimai nəzarət sahələri kifayət qədər genişdir. Federasiyanın mütəxəssisləri ilə birlikdə əməyin mühafizəsi, təhlükəsiz iş yeri, əməkhaqlarının, müavinətlərin vaxtlı-vaxtında verilməsi, istehsalat münaqişələri və sair məsələlərlə bağlı baxışlar, reydlər, yoxlamalar keçiririk. Bundan əlavə, maarifləndirici tədbirlər təşkil edirik. Bütün bunlar mənə imkan verir ki, üzvləri tanıyım.

Z.Muradova üzv təşkilatların kollektivləri ilə elə doğmalaşıb ki, üzvlər bəlkə də qan qohumlarından tez öz sevinc və problemlərini onunla bölüşürlər: çox üzvün toyunda, yasında iştirak edir.

Amma, deyilənə görə, sərt üzü də var. Həmkarlar ittifaqına laqeyd yanaşan işçilərin hüquqlarını pozan, üzvlük haqlarından imtina etmək istəyən… işəgötürənləri yerində oturtmağı, qanunlara tabe etməyi çox gözəl bacarır.

Bu bacarığına görədir ki, lideri olduğu təşkilat rayonda nüfuz sahibidir.