AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

01.06.2017-ci ildə "Xidmət-İş" HİF-nın növbəti qurultayı olmuşdur

İyunun 1-də "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının IV qurultayı keçirilmişdir. Qurultay öz işinə başlamazdan əvvəl nümayəndələr Fəxri xiyabanda olmuş, ulu öndərin məzarını ziyarət etmiş, abidəsi önünə gül dəstələri qoymuş, oftalmoloq-alim Zərifə xanım Əliyevanın məzarı önünə tər çiçəklər düzmüşlər. Sonra onlar Xətai adına Mədəniyyət Sarayının binasına toplaşmışlar. Federasiyasının prezidenti İlyas Əliyev qurultayı açaraq nümayəndələri gündəlikdə duran məsələlərlə tanış etmişdir. 

DSC_0069

Hesabat məruzəsi ilə Federasiyanın birinci vitse- prezidenti Sadət Tahirova çıxış edərək demişdir ki, bu gün "Xidmət-İş" HİF könüllülük və bərabərlik prinsipləri əsasında 700-ə yaxın  həmkarlar ittifaqı təşkilatını, 50 minə yaxın həmkarlar ittifaqı üzvünü özündə birləşdirir.

DSC_0084

İndiki şəraitdə Federasiyanın və onun üzv təşkilatlarının əsas məqsədi sahədə çalışan işçilərin hüquq və mənafelərinin müdafiəsi, keçirilən tədbirlərdə sosial əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin həlli üçün daha yeni yolların axtarıb tapılmasıdır.

Ötən müddət ərzində qarşımızda duran ən mühüm vəzifələrdən biri xidmətimizə daxil olan bütün idarə və təşkilatlarda əmək müqaviləsinin bağlanmasına nail olmaqdır.

2012-ci illə müqayisədə son illərdə sahə üzrə bağlanan kollektiv müqavilələrin  95 %-i  özəl müəssisə və təşkilatların payına düşür.

Ümumiyyətlə, nəzərinizə çatdırmaq istəyirəm ki, kollektiv müqavilələrin bağlanmasına nail olunsa da, həmin müqavilələrin yerinə yetirilməsinin gedişi, nəzərdə tutulan şərtlərin icrasına nəzarət zəif təşkil olunmuşdur.

Həmkarlar ittifaqları sistemində təşkilatlanma işi önəmli olduğu üçün qurultaydan ötən illər ərzində Federasiyanın şəhər, rayon həmkarlar ittifaqı komitələri tərəfindən aparılan maarifləndirmə və təşkilatçılıq işinin sayəsində işəgötürənlərin müqavimətinə baxmayaraq,  bir sıra müəssisələrdə həmkarlar ittifaqı təşkilatı yaradılmışdır.

Hazırda sahədə 642-yə yaxın özəl müəssisədə həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir və orada həmkarlar ittifaqı üzvlərinin sayı 40 minə yaxındır. Məhz Federasiyanın yaxından iştirakı ilə "Turanbank"ASC, "Yeni bulvar" MMC, "Azinterbiznes" MMC, "Chinar Hotel & Spa" Naftalan, "Azinterturizm" MMC "Qala Altı Hotel & Spa" filiallarında, "N.A.N.T." MMC,"Gözəllik Gəncə Xanımlar klubu"nda həmkarlar ittifaqı təşkilatının yaradılmasını və möhkəmləndirilməsini xüsusi qeyd etmək istəyirəm. Hazırda "Saloğlu"MMC, "Delta Qrup C.O." MMC də bir neçə banklarla, həmkarlar ittifaqı təşkilatının yaradılması ilə əlaqədar danışıqlar gedir.

İşimizdə çətinlik yaradan səbəblərdən biri də AHİK-in üzv təşkilatlarının aşağı vəsilələrinin başqa sahə həmkarlar ittifaqı birliklərinə keçməsi qaydalarının pozulması və sahə prinsiplərinin gözlənilməməsidir. Bu cür hallara  yol verilməməlidir.

Nəzərinizə çatdırmaq istəyirəm ki, son zamanlar sahəyə aid şadlıq evlərinin və bu tipli müxtəlif obyektlərin fəaliyyət göstərməsi yeni iş yerlərinin açılması deməkdir. Əldə etdiyimiz məlumatlara əsasən, ancaq Bakı şəhərində 450-yə yaxın şadlıq evi fəaliyyət göstərir ki, onların da hər birində 35-80 nəfərə qədər işçi çalışır. Lakin bu şadlıq evlərinin əksəriyyətində həmkarlar ittifaqı yaratmaq, işçiləri isə həmkarlar ittifaqı üzvlüyünə cəlb etmək məsələsi hələ də müşkül məsələlərdəndir.

Etiraf edirik ki, bu kateqoriyaya aid işçilərin həmkarlar ittifaqı üzvlüyündən kənarda qalması, onların qanunvericilikdə nəzərdə tutulan sosial-iqtitsadi müdafiədən məhrum olması yolverilməz haldır.

III qurultaydan sonra sahə işçilərinin əməyinin mühafizəsinin gücləndirilməsi, təhlükəsiz əmək şəraitinin yaradılması üçün həmkarlar ittifaqları sağlam və təhlükəsiz iş şəraitinin təmin olunmasına nəzarəti artırmış, kollektiv müqavilələrlə tənzimlənməsinə çalışmışdır.

Federasiyanın işçiləri hər  il respublikanın 10-a  yaxın rayonuna ezam edilmiş,  təşkilatlarda işçilərin iş şəraiti öyrənilmiş, müxtəlif mövzularda seminarlar keçirilmişdir.

Bu dövrdə Federasiyanın texniki əmək müfəttişləri 182-dək sahə müəssisə və təşkilatlarda yoxlama aparmış, o cümlədən 9 dövlət nəzarət  orqanları ilə birgə 156 təqdimat verilmiş,  əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə 691 pozuntu aşkar edilmiş, müəssisə rəhbərləri və HİK sədrlərinə təqdimatlar verilmişdir. Əməyin mühafizəsi və istehsalat xəsarəti ilə əlaqədar ödənclərin verilməsi ilə bağlı  9 şikayət və ərizəyə baxılmışdır. Həmkarlar ittifaqının müdaxiləsindən sonra dəymiş  ziyan  ödənilmişdir.

İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması ilə əlaqədar 30-a yaxın məsələ müzakirəyə çıxarılmış, qəbul olunan qərarların təmin olunması aidiyyəti olan məsul şəxslərdən tələb olunmuşdur.

Bəzi işəgötürənlər maksimum gəlir əldə etməyi düşünərək insanların sağlamlığını arxa plana keçirir, işçilər isə iş yerini itirmək qorxusundan hər cür əmək şəraitində işləməyə razılıq verirlər.

Hesabat dövrü ərzində  sahə həmkarlar ittifaqı orqanlarına işçilərin əmək, sosial-iqtisadi hüquqlarının pozulması, maddi yardım göstərilməsi və s. məsələlər ilə əlaqədar ərizələr daxil olmuş və əksəriyyəti öz müsbət həllini tapmışdır. Federasiyaya və üzv təşkilatlardan  daxil olan 12673 ərizə və müraciətlərin 12649-u müsbət həll olunub.

Həmkarlar ittifaqının nümayəndələri 7 mübahisəli məsələnin araşdırılmasında məhkəmə proseslərində iştirak etmişlər.

Federasiya  İUF və UNİ, Beynəlxalq Həmkarlar İttifaqı Birliyi (Ticarət, ictimai iaşə, kooperasiya və digər xidmət sahələri  işçiləri HİK), "StreetNet İnternational" Beynəlxalq Birliyi kimi oxşar sahə həmkarlar ittifaqları ilə işgüzar münasibətlər qurmuş  və beynəlxalq həmkarlar ittifaqı hərəkatında layiqincə təmsil olunmağla yanaşı, icraedici orqanlara  üzv seçilmişdir.

Gənclərin və qadınların hüquq və mənafelərinin müdafiə olunması, onların həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsi, işəgötürənlər tərəfindən hüquqlarının qorunması Federasiyanın fəaliyyətinin əsasını təşkil edir.

Sahə həmkarlar ittifaqı üzvlərinin istirahəti və sağlamlığının bərpasının  təşkili ilə bağlı  əsaslı tədbirlər həyata keçirmişik. Belə ki, hesabat dövründə sahədə çalışan  10 mindən artıq həmkarlar ittifaqı  üzvü sanatoriya və turist bazalarına yollayışla təmin olunmuşdur.

AHİK sədri, millət vəkili  Səttar Möhbalıyevin  respublikamızın  ictimai siyasi həyatdakı rolu beynəlxalq həmkarlar ittifaqı hərəkatındə böyük nüfuzu nəticəsində AHİK-in V qurultayında yenidən sədr seçilməsini təklif  edirik.

Məruzədən sonra çıxış edənlər görülən işlərdən və mövcud problemlərdən danışdılar. Təftiş komissiyasının hesabatı dinlənildi. Sonra Federasiyanın 2017-2022-ci illər üçün fəaliyyətinin əsas istiqamətləri müzakirə olundu.

Federasiyanın prezidentinin yekun nitqindən sonra təşkilati məsələlərə baxıldı. İlyas Əliyev yenidən Federasiyanın prezidenti, Sadət Tahirova birinci, Camaləddin İsmayılov və Xəyyam Nəsibov vitse-prezidentlər seçildi.

Sonda fərqlənən ittifaq üzvlərinə Fəxri fərmanlar və mükafatlar təqdim edildi.

DSC_0005

DSC_0018

DSC_0028

DSC_0043

DSC_0102

DSC_0152

DSC_0186