AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

“Stonepay” şirkətinin Həmkarlar Federasiyasının sədri seçilməsi ilə bağlı tədbir

11 aprel 2017-ci il tarixdə saat 18:00-da "Stonepay" şirkətinin Həmkarlar Federasiyasının sədri seçilməsi ilə bağlı tədbir keçirilmişdir.

stonepay-1

Tədbirə "Xidməti-İş" Həmkarlar İttifaqı Federasiyasının vitse prezidenti Xəyyam Nəsibov dəvət olunmuşdur.

"Stonepay" şirkətinin direktoru Rasim Həmidov hamını salamlayaraq tədbiri açıq elan etdi. Rasim müəllim xüsusən "Xidməti-İş" Həmkarlar Federasiyasının fəaliyyəti barədə söhbət açdı, illər boyu əməkdaşlığı haqqında isti və səmimi sözlər söylədi. Şirkət tərəfindən federasiyaya olan sorğulara, müraciətlərə dərhal reaksiyalarını bildirib işin həlli üçün əlindən gələni etdiklərini qeyd elədi. "Xidməti-İş" Həmkarlar Federasiyasının üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirdiyini vurğuladı.

Daha sonra söz verildi "Xidməti-İş" Həmkarlar İttifaqı Federasiyasının vitse prezidenti Xəyyam Nəsibova; Xəyyam müəllim hamını salamlayaraq Rasim müəllimə dəvətə görə təşəkkürünü bildirdi və "Xidməti-İş" Həmkarlar Federasiyasının ünvanına söylənən xoş sözlərə görə federasiyanın adından minnətdarlığını bildirdi.

X. Nəsibov "Xidməti-İş" Həmkarlar İttifaqı Federasiyasının əsas prinsiplərini qısa olaraq tədbir iştirakçılarını məlumatlandırdı.

"Xidməti-İş" Həmkarlar İttifaqı Federasiyasında vacib olan məsələlər:

  1. Maarifləndirmək
  2. Hüquqların qorunması
  3. Əmək mühafizəsi
  4. Maddi yardım və yollayışlar

1. "Xidməti-İş" Həmkarlar İttifaqı müəssisə və təşkilatlarda daima maarifləndirmə işləri aparır, iclaslar təşkil olunub və həmin iclasda işçilərin öhdəlikləri haqqında fikir mübadiləsi aparılır. Rəhbərlik və işçi arasında münasibətlərin qorunması barədə də bəhs edilir.

2. Hər bir vətəndaş və hər bir işçi öz hüquqlarını bilməli və qorumalıdır. Vaxtaşırı "Xidməti-İş" Federasiyası hüquqların qorunması ilə bağlı seminarlar təşkil edir. Hüquqi məsləhətin verilməsində də köməklik göstəririk.

3. Federasiyamızda əmək mühafizəsinə dair şöbə fəaliyyət göstərir. Sosial şəbəkələrdən, xəbərlərdən gün ərzində iş yerlərində nə qədər bədbəxt hadisəsinin baş verdiyinin şahidi oluruq, bunun hamısı da birbaşa işdə əmək mühafizəsinə riayət olunmaması səbəbindən baş verir. Bununla bağlı federasiyamız istehsalat, inşaat olan təşkilatlarda daima əmək mühafizəsinə riayət olunması üçün tədbirlər keçirilir.

Daha sonra Stonepay Həmkarlar sədrinin seçilməsinə Emil Ravinovun namizədliyi irəli sürüldü. Hər kəs Emil Ravinovun Stonepay Həmkarlar sədri seçilməsinə lehinə səs verdi. Stonepay Həmkarlar sədri Emil Ravinov göstərilən etimada görə təşəkkürünü bildirdi. "Xidməti-İş" Həmkarlar Federasiyasının adını qoruyaraq kollektivdə lazımi köməklik və dəstəyi verəcəyinə söz verdi.

stonepay-2

stonepay-3