Close

AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

Azərbaycan Respublikasi Həmkarlar İttifaqları insanların firavan həyatının bərqərar olunması yolunda gələcəkdədə ön sıralarda addımlayacaqdır.
Heydər Əliyev

Müasir dövrün inkişaf meyilləri Həmkarlar İttifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir.
İlham Əliyev

“Xidməti-İş” Həmkarlar İttifaqı Federasiyası Bakı şəhəri növbəti sədr seçilməsi ilə bağlı tədbir

  • 13
    04/2017
  • 21:46
  • 1098
  • 0
    0
13.04.2017 - 21:46
1098
0

07 aprel 2017-ci il tarixində saat 12:00-da "Xidməti-İş" Həmkarlar İttifaqı Federasiyası Bakı şəhəri növbəti sədr seçilməsi ilə bağlı tədbir keçirilmişdir.

07-aprel-1

Tədbirə "Xidməti-İş" Hİ Federasiyasının vitse prezidenti Cəmaləddin İsmayılov, "Firuzə" biznes mərkəzinin müdiri Rüfət Cəfərov, "Binəqədi Yük Avtonəqliyyat" ASC-nin nümayəndəsi Elçin Səlimov, "Stonepay" şirkətinin həmkarlar sədri Emil Ravinov, "İntellekt" dil mərkəzinin nümayəndəsi Səbinə Şərifova, "Xidməti-İş" Hİ Federasiyanın baş mühasibi Zemfira Nəbiyeva dəvət olunmuşdur.

İclası "Xidməti-İş" Hİ Federasiyası Bakı şəhəri üzrə sədri Xəyyam Nəsibov açaraq hamını salamlayıb, son 5 illik fəaliyyəti haqqında hesabat verdi. Bakı şəhərinin dinamikasının 2016-cı ilin sonuna qədər artımın müşahidə olunduğunu vurğuladı.

Daha sonra Federasiyanın vitse prezidenti Cəmaləddin İsmayılova söz verildi. Cəmaləddin müəllim öz təcrübəsindən irəli gələn bəzi məqamlara həssas və diqqətli olmağı (Yerlərdə maarifləndirmə tədbirlərin keçirilməsi, rayonlarda aktivliyin artırılması) tövsiyyə etdi.

Daha sonra "Xidməti-İş" Hİ təşkilati şöbəsinin müdiri Roza Eyubovaya söz verildi. Roza xanım lazım olan təşkilati məsələlərdə öz tərəfindən köməklik göstərəcəyinə söz verdi. Təşkilati şöbəsinin müdiri olaraq Xəzər, Səbail, Sabunçu, Binəqədi kimi rayonlarda aktivliyin müşahidə olunduğunu qeyd elədi.

Dəvət olunan qonaqlar Rüfət Cəfərov, Emil Ravinov, Elçin Səlimov, Səbinə Şərifova, "Xidməti-İş" Hİ Federasiyası ilə olan münasibətlərdən məmnun olduğunu bildirdilər, federasiyanın ünvanına səmimi sözlər söylədilər. "Xidməti-İş" Həmkarlar İttifaqı Federasiyası Bakı şəhəri üzrə sədri namizədliyinə Xəyyam Nəsibovun adı irəli sürüldü. Hər kəs Xəyyam Nəsibovun Federasiyanın Bakı şəhəri üzrə sədr seçilməsinə lehinə səs verdi.

Xəyyam Nəsibov göstərilən etimada görə təşəkkürünü bildirdi və prinsiplərinə sadiq qalacağına söz verdi. "Xidməti-İş" Həmkarlar İttifaqı Federasiyasının gələcək inkişafı naminə əlindən gələni əsirgəməyəcəyini qeyd etdi.

07-aprel-2

07-aprel-3