AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

“Atasığorta” ASC-nin növbəti həmkarlar sədri seçilməsi ilə əlaqədar tədbirin keçirilməsi.

29 mart 2017-ci il tarixində saat 12:00-da həmkarlar sədrinin seçilməsi ilə bağlı tədbir keçirilmişdir. Tədbirə "Xidməti-İş" Hİ vitse prezidenti Xəyyam Nəsibov və

Təşkilati şöbəsinin müdiri Roza Eyubova dəvət olunmuşdur.

Tədbiri "Atasığorta" ASC-nin həmkarlar sədri Xədicə xanım açaraq hamını salamlayıb, son 4 illik fəaliyyəti ilə bağlı geniş hesabat verdi.

atasigorta-1

Söz verildi "Xidməti-İş" Hİ vitse prezidenti Xəyyam Nəsibova.

Xəyyam müəllim tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, bu şəraiti yaratdığınız üçün bizim adımızdan rəhbərliyinizə təşəkkürlərimizi bildirəsiniz. Keçmiş bayramınız mübarək olsun, neçə belə gözəl bayramları bir kollektiv ve həmrəy kimi keçirəsiniz, uğurlar, cansağlığı, şirkətinizə yeni-yeni nailiyyətlər arzulayırıq.

X. Nəsibov "Xidməti-İş" Həmkarlar İttifaqı Federasiyasının əsas prinsiplərini qısa olaraq tədbir iştirakçılarını məlumatlandırdı.
"Xidməti-İş" Həmkarlar İttifaqı Federasiyasında vacib olan məsələlər:

  1. Maarifləndirmək
  2. Hüquqların qorunması
  3. Əmək mühafizəsi
  4. Maddi yardım və yollayışlar

1. "Xidməti-İş" Həmkarlar İttifaqı müəssisə və təşkilatlarda daima maarifləndirmə işləri aparır, iclaslar təşkil olunub və həmin iclasda işçilərin öhdəlikləri haqqında fikir mübadiləsi aparılır. Rəhbərlik və işçi arasında münasibətlərin qorunması barədə də bəhs edilir.

2. Hər bir vətəndaş və hər bir işçi öz hüquqlarını bilməli və qorumalıdır. Vaxtaşırı "Xidməti-İş" Federasiyası hüquqların qorunması ilə bağlı seminarlar təşkil edir. Hüquqi məsləhətin verilməsində də köməklik göstəririk.

3. Federasiyamızda əmək mühafizəsinə dair şöbə fəaliyyət göstərir. Sosial şəbəkələrdən, xəbərlərdən gün ərzində iş yerlərində nə qədər bədbəxt hadisəsinin baş verdiyinin şahidi oluruq, bunun hamısı da birbaşa işdə əmək mühafizəsinə riayət olunmaması səbəbindən baş verir. Bununla bağlı federasiyamız istehsalat, inşaat olan təşkilatlarda daima əmək mühafizəsinə riayət olunması üçün tədbirlər keçirilir. Sizi inandırıram ki, yerlərdə keçirdiyimiz tədbirlər, seminarlar öz bəhrəsini verir. Bunların hamısı federasiyamızda qeyd olunur.

Növbəti qurultayımızda bu sadaladığım bəndlərlə baglı geniş hesabat veriləcək. İndi isə icazənizlə "Atasığorta" ASC-nin həmkarlar sədrinin seçkisinə start verək. Bizim burada toplaşmağımızın səbəbi Xədicə xanımın fəaliyyəti haqqında fikir mübadiləsi aparmaqdır. Kimin əlavəsi, kimin tövsiyəsi varsa dinləyirik.

Daha sonra "Xidməti-İş" Hİ təşkilat şöbəsinin rəisi Roza Eyubova "Atasığorta" ASC-nin kollektivindən razılığını bildirdi, hər bir müraciətlərə dərhal rekasiyalarını bildirib işin həlli üçün əlindən gələni etdiklərini qeyd etdi. "Xidməti-İş" Hİ tərəfindən "Baltika-Bakı", "Stonepay" şirkətində işçilərin hüquqlarını necə müdafiə edildiyini fakt olaraq nümunə gətirdi.

Xədicə xanımın növbəti həmkarlar sədri seçilməsinə səs verildi.

atasigorta-2

atasigorta-3

atasigorta-4