AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

“Xidməti-İş” Hİ tərəfindən növbəti seminar keçirilmişdir

1-001

16 dekabr 2016-cı il tarixində İngiltərənin İnternational House şirkətinin Bakıdakı rəsmi nümayəndəliyi üçün xarici və yerli işçilərin hüquqları barəsində seminar keçirilmişdir. “Xidməti-İş” Həmkarlar İttifaqı Federasiyasının vitse-prezidenti X. Nəsibov seminara dəvət olunmuşdur. Tədbirdə 18 xarici və 14 yerli vətəndaşlar iştirak edirdi. İH-in direktoru N. Məmmədova qonaqları salamlayıb, seminarı açıq elan etdi.

Nəzrin xanım qeyd etdi ki, həmkarlar ittifaqlarının hərəkətlərinə dair əsas məsələ işçilərin müstəqil həmkarlar ittifaqları yaratmaq və öz işəgötürənləri ilə kollektiv formada sövdələşmələr aparmaq hüququnu təmin etməyə qarşı mübarizə aparmaqdır. Bu, həmkarlar ittifaqları təşkilatlarının əsas bazisidir və hələ də ən yüksək prioritetdir. Həmkarlar ittifaqlarının əsas hüquqları ittifaq yaratmaq və qoşulmaq hüququ, kollektiv formada sövdələşmələr aparmaq və tətil etmək hüququdur.

Federasiyasının vitse-prezidenti X. Nəsibov seminarda “Xidməti-İş”-in son 1 ildə qarşılaşdığı şikayətlərdən və əldə etdiyi nəticələr barədə geniş məlumat verdi. İşçinin hüquqları, işçi ilə işəgötürən arasında həmkarların rolu, işdə təhlükəsizliyə riayət olunması, üzv olan həmkarların öhdəlikləri, yardım, mükafat kimi mövzular haqqında fikir mübadiləsi apardı.

Daha sonra bildirildi ki, qanunlarımız imkan verir ki, həmkarlar ittifaqı təşkilatları hər bir üzvünün əmək-sosial, iqtisadi hüquqlarını axıradək qorusun. Bu məqsədlə işəgötürənlərin nəzərinə çatdırılır ki, hazırda yaranmış sosial-iqtisadi çətinliklərdən istifadə edib işçiləri ixtisara salmamalı və onların hüquqları pozulmamamlıdır, Həmkarlar İttifaqı ilə birlikdə yaranmış problemlərin həll yolunu tapmağa çalışmalıdırlar.

Təəssüflər olsun ki, bəzi işçilər hələ də heç nəyə fikir verməyən işəgötürənlər tərəfindən sui istifadə olunur. Hər bir işçi həmkarlar ittifaqının üzvü olmaqla ayrı-seçkilik və istismardan müdafiə edilə bilər.

Seminarın sonunda iştrakçıları maraqlandıran suallara aydınlıq gətirilərək qaldırılmış məsələlər ətrafında geniş, konstruktiv müzakirə aparılmışdır.