AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

Qadınlara qarşı zorakılığa yox deyək!

24.11.16_foto

"Xidmət – İş" Həmkarlar İttifaqları Federasiyası hər il olduğu kimi bu il də "25 noyabr -Qadınlara qarşı zorakılıqla beynəlxalq mübarizə günü" ərəfəsində " Qadınlara qarşı zoraklığa -yox", " Qadınlar zorakılıqdan azad bir həyat yaşamaq hüququna malik olmalıdır", " Cəmiyyətin inkişafı qadınların ictimai həyatında iştirak səviyyəsinin yüksəkliyi ilə bağlıdır" mövzularda silsilə tədbirlər: seminar, dəyirmi masalar, görüşlər Suraxanı, Binəqədi, Xətai, Səbail RHİK qeydiyyatında olan sahə müəssisə və təşkilatlarda keçirilib. Tədbirlərdə Federasiyanın GBQP komissiyasının üzvləri iştirak edirlər.

24 noyabr 2016-cı il tarixdə "Günəş-İnşaat" MMC-də Federasiyanın GBQP komissiyasının Suraxanı RHİK və GBQP komissiyası ilə birlikdə Federasiyanın birinci vitse- prezidenti Sadət Tahirovanın iştirakı ilə "Qadınlara qarşı zoraklığa yox deyək!" başlığı altında dəyirmi masa keçirilib. S. Tahirova çıxış edərək qeyd edib ki, hər il Federasiya gender bərabərliylə bağlı çoxlu sayda ayrı-ayrı mövzularda maarifləndirici, məlumatlandırıcı tədbirlər təşkil edir. Bu günki tədbir gündəlik həyatında istənilən zoraklığa məruz qalan çox saylı qadınlar adından bir çağırışdır. Qadınlara qarşı zorakılıq yalnız Azərbaycanda deyil, digər dövlətlərdə də baş verir. Hələ də dünyanın müxtəlif ölkələrində qadınlara qarşı cinsi, fiziki və psixoloji zorakılıq faktları var. Əsas diqqətimizi qadın zorakılığını yaradan səbəblərə yönəldən, bunu adət-ənənələrlə, dinlərlə bağlamaq düzgün deyil. Çünki bütün dinlər, eləcə də islam dini qadın zorakılığına qarşı çıxır. Azərbaycanda məişət zorakılığının kökü yoxdur: qadın tarixən cəmiyyətdə və ailədə yüksək yer tutub. Qadınlarımızın təhsilinə sərmayənin qoyulması gender əsaslı zorakılığın həlli yollarından biridir. Yalnız qadınların hüquqlarının qorunması yolunda müəyyən addımlar atıldıqda cəmiyyətimizdə gender bərabərliyinin bərqərar olmasına nail ola bilərik. Qadınların təhsil alması çox vacib amildir.

Prezident cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük dəstəyi ilə ölkəmizdə güclü hüquqi qanunvericilik bazası əsasında qadınlar üçün bərabər imkanların yaradılması və sosial həyatın bütün sahələrində onların aktiv iştirakı üçün mühüm işlər görülür. Qadınlarımız bilirlər ki, onların arxasında güclü dövlət müdafiəsi dayanır. Amma buna baxmayaraq bu ilin doqquz ayında respublikada qadınlara qarşı 4552, o cümlədən zoraklıqla bağlı 1747 cinayət qeydə alınıb. Bu məlumatı "Azərbaycanda gender əsaslı zoraklıqla mübarizə layihə"sinin açılış mərasimində DİNİ yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi A.Adıgözəlov deyib. Cinayətlərin 13% ( 4552-dən 591-i) və ya hər səkkizincisi ailə məişət münaqişəsi zəminində baş verir. Həmkarlar İttifaqlarının fəaliyyətinin əsas istiqamətlərindən biri də "Qadınlara qarşı ayrı-seçkiliyin" bütün formalarının ləğv olunmasıdı, əmək münasibətlərində iştirak sahəsində qadın və kişilər arasında hər hansı təzahürlərinin qanunla qadağan olunmasını təmin etməkdir. Konvensiyaya uyğun olaraq qadınların vəziyyətinin yaxşılaşdırmasına yönəlmiş bir sıra mühüm qanunlar, dövlət proqramları qəbul olunub. Yoxsulluq və işsizliyin aşağı səviyyədə olduğu Azərbaycanda əmək bazasında qadınların da bərabər əsaslarla iştirakı təmin olunur. 2005-2015-ci illərdə ölkədə məşğul əhalinin sayı 15%, məşğul əhalinin tərkibində qadınların sayı isə 15,6% artıb. Əgər 10 il bundan əvvəl məşğul əhalinin 48,2% qadınlardan ibarət idisə, ötən dövrdə məşğul əhalinin sayının xeyli artdığı şəraitdə 2015-ci ildə bu göstəricisi nəinki azalıb, həttə bir qədər artaraq 48,5% təşkil edib ki, bu da əmək bazarında qadınların rolunun fəal olduğunu göstərir. Hazırda Azərbaycanda qadının cəmiyyətdə yüksək yer tutması, bu gün qarşıya çıxan problemlərin öhdəsindən gələ bilmək üçün, qadınların ictimai fəaliyyəti ilə məşğul olmağa cəlb etmək üçün bizim Federasiya məlumatlandırma və maarifləndirmə işlərin aparılması, qadınların sayının rəhbər, icraedici orqanlarında artırmağını zəruri bilir. Bütün dünyada, o cümlədən Azərbaycanda qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilmiş böyük uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlamaqdadır. Gender əsaslı zorakılıq, məişət zorakılığı, erkən nikahlar və digər problemlərin həlli üçün hələ çox işlər görülməlidir. Bu istiqamətdə biz Hİ olaraq fəaliyyətimizi daha da gücləndirməliyik. Mövzuya aid, Xətai (Namazova İlhamə-GBQP sədri), "Ata Sığorta" ASC (Nəsibova Xədicə-sədr), "Turanbank"ASC (Həsənova Nülüfər-GBQP sədri), "Milli Kulinariya Mərkəzi" (Ələsgərova Gülnar –HİT sədri) və digər gender bərabərliyi və qadın problemləri üzrə komissiyaların sədrləri öz təşkilatlarında apardıqları işlərdən danışdılar. Tədbirdə mövzuya aid maarifləndirici bukletlər paylandı, fotoşəkillər çəkildi.