AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

Sentyabrın 27-28-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilmiş tədbir

DSC00892

Sentyabrın 27-28-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Beynəlxalq Kənd Təsərrüfatı, Otel, Restoran İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə qlobal qadın komitələri liderlərinin işçi görüşü olmuşdur. Görüşdə qadınların iş, ailə, vətəndaş hüquqlarının müdafiəsinə dair çox sayda məsələ müzakirə edilmişdir. Əvvəlcə Federasiyanın Qlobal Qadın Komitəsi üzv ölkələrin timsalında əsasən aşağıdakı suallara cavab tapmaq istədi: Qadınlar hansı problemlərlə üzləşir? Respublikaların qadın komitələri və milli təşkilatları daha çox hansı problemlər üzərində və necə işləyir? Bu məsələlərdən hansı bütövlükdə regionumuz üçün aktualdır?

Bu suallar ətrafında qurulmuş çıxışlarda qadınların digər problemlərinə da toxunuldu. Hər bir çıxışçı öz ölkəsində qadınların təhsili, ixtisasartırma təhsil kurslarına cəlb edilməsi, əməyinin təhlükəsizliyinin təmin olunması, işləyən anaların hüquqlarının qorunması vəziyyətini, bu işdə həmkarlar ittifaqının mövqeyi və sair barədə geniş məlumat verdi. Mövzu ətrafında Azərbaycan "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının birinci vitse-prezidenti Sadət Tahirovanın da çıxışı dinlənildi. O bildirdi ki, ölkəmizdə zərif cinsin nümayəndələrinin sosial, əmək və ailə hüquqlarının təminatı baxımından kifayət qədər mükəmməl qanunlar var. Bu qanunlara istinad edən həmkarlar ittifaqları, o cümlədən bizim Federasiya işçi qadınların maraqlarının reallaşmasından ötrü təsirli tədbirlər həyata keçirir. Bundan əlavə, hər il "Beynəlxalq qadınlar günü", “Beynəlxalq ailə günü", “Beynəlxalq qadınlar üzərində zorakılıq ilə mübarizə" və sair günlər qeyd olunur. Bu mövzularda seminarlar, dəyirmi masalar keçirilir. İlboyu şəhərlərdə, regionlarda maarifləndirici tədbirlər təşkil edilir.

Onu da deyək ki, S.Tahirovanın çıxışından sonra Azərbaycan həmkarlar ittifaqlarının gender bərabərliyi istiqamətində gördüyü işlər müsbət dəyərləndirildi.
Görüşdə Beynəlxalq Federasiyanın gələn il keçiriləcək konqresinə hazırlıq məsələsinə baxıldı. Tövsiyə olundu ki, qadın komitəsinın müstəqilliyini daha da artırmaq məqsədilə onun nizamnaməsinə müəyyən əlavə və dəyişikliklər edilməsi barədə təkliflər hazırlansın. Əlavə və dəyişikliklərin müzakirəsi üçün növbəti işgüzar görüşün yeri və vaxtı müəyyənləşdirildi.