AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

Oktyabrın 4-6-da Hindistanın Nyu-Dehli şəhərində "Street Net" Beynəlxalq Təşkilatın V qurultayı keçirildi

hindistan-1

Oktyabrın 4-6-da Hindistanın Nyu-Dehli şəhərində "Street Net" Beynəlxalq Təşkilatın V qurultayı keçirilib. 45 üzv ölkənin dəvət aldığı ali məclisdə küçə alveri və onun problemləri müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, Avropa, Asiya, Latın Amerikası ölkələrində küçə alveri ilə bağlı problemlər daha çox yaşanır. Hindistanın bir milyarddan çox əhalisinin təxminən 70 faizi küçə alverindən gələn gəlirlə dolanır. Deyildi ki, küçə alverinin leqallaşdırılması, sivil vəziyyətə gətirilməsi yönündə hökumətlər tərəfindən təsirli addımlar atılmalıdır. Çıxışlarda bu istiqamətdə Hindistan hökumətinin küçə alveri ilə bağlı qəbul etdiyi qanun təqdir olundu. Deyildi ki, bu qanuna əsasən, polis küçə alverçilərinə qarşı zorakılıq edə bilməz. Qanunda o da tapşırılır ki, yerli hökumət strukturları küçə alverçiləri üçün xüsusi yerlər ayırsın.

Qurultayda çıxış edən "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov küçə alverinin tənzimlənməsi sahəsində Azərbaycanın təcrübəsindən danışdı.

Qurultayda təşkilati məsələlərə baxıldı. Qurumun rəhbər heyəti, demək olar ki, tam yeniləndi. Zimbabvedən olan xanım Lorreiin Sibandanın prezident postuna namizədliyi iştirakçıların əksəriyyəti tərəfindən müdafiə olundu. Dominikan Respublikasından Alberto Santanaya vitse-prezident, Hindistandan Arbind Sinqhə katib vəzifələri etibar edildi.

Sonra Şura üzvlərinin seçkisi oldu. "Xidmət-İş" Hİ-nin vitse-prezidenti C. İsmayılov Şura üzvü seçildi.

hindistan-2