AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

“11 Oktyabr Qız övladları Beynəlxalq günü”nə həsr olunmuş növbəti tədbir

11.10.16

Bu gün "Xidmət-İş" Həmkarlar İttifaqı Federasiyası növbəti tədbiri "11 Oktyabr Qız övladları Beynəlxalq günü"nə həsr edilmişdir. Tədbir sahə həmkarlar ittifaqları üzvü olan təhsil ocaqları, müəssisə və təşkilatlarının GBQP üzrə komissiyaların nümayəndələri, Gənclər Şurası və ahılların iştirakı ilə keçirilib.Federasiyanın birinci vitse-prezidenti xanım Sadət Tahirova məruzə ilə çıxış edib. O, sahə həmkarlar ittifaqı üzvlərinə, gənclərə "11 Oktyabr Qız övladları Beynəlxalq günü" nün yaranmasından birdə danışdı, tədbir iştirakçılarına Azərbaycanda qızların təhsildə, erkən nikahların bağlamasında, onların ictimai işlərdə fəallığından, Federasiyanın Gender bərabərliyi və qadın problemləri üzrə komissiyası tərəfindən görülən işlər, hər bir tədbirlərində gənc qızların, qadınların cəlb olunmasından söhbətlər aparıldı. O, nümayəndə olduğu, 27-28 sentyabr 2016 -cı il tarixdə İUF Beynəlxalq Həmkarlar İttifaqının Şərgi Avropa və Mərkəzi Asiyanın ölkələrin regional Qadın komitələri liderlərinin (Azərbaycan, Qürcüstan, Ermənistan, Qazaxstan, Qırğızıstan, Moldova, Ukrayna, Rusiya) işçi görüşündə qadınların iş, ailə, vətəndaş hüquqlarının müdafiəsinə, daha çox hansı problemlə üzləşdiyi barədə cox sayda məsələlərin müzakirə olunmasından məlumat verdi.

21 avqust 2015-ci il tarixli 8b.4 AHİK İcraiyyə Komitəsinin və Federasiyanın İcraiyyə Komitəsinin 02 oktyabr 2015-ci il tarixdə ( protokol 14 b.03) qəbul olunmuş qərarın icrası ilə əlaqədar olaraq gənclər arasında peşəkarlıq fəalyyətinin nüfuzunun yüksəldilməsinə, həmkarlar ittifaqı üzvlüyünə motivasiyanın gücləndirilməsinə yönəltmiş, gənclərin müxtlif peşələrə və sənət növlərinə marağının artırılması, əmək fəaliyyətinin səmərəliyinin yüksəldilməsi üçün stimulların yaradılması, işləyən gənclərin sosial müdafiəsi, iqtisadiyyət, təhsil, mədəniyyət, və digər sahələrdə yüksək nəticələr qazanmış gənclərin, onların intellektual potensiallarının üzə çıxarılması üçün "İşin peşəkar gənci" fəxri adına 2015-ci ildə 2 gənc qadın təltif olunmuşdur. Bu il isə namizədlər müzakirə olunacaq barədə məlumat verildi.

Rəfaya Zeynalova- GBQP komissiyanın sədri sentyabrın 30-da Bakıda, Atatürk Mərkəzində AHİK-in Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəzin üzvlərinin və sahə GBQP üzrə komissiyaların iştirakı ilə "Gender bilikləri və texnologiyası məktəbi (GBTM)" kompleks proqramın ikinci mərhələsinin seminarın keçirilməsindən, proqramın müəssisə və təşkilatlarda çalışan işçiləri aktiv həmkarlar ittifaqı fəaliyyətinə cəlb etmək, onların gender biliklərini artırmaq, qadınlar arasında liderlik keyfiyyətlərini gücləndirmək, həmkarlar ittifaqı təlimatçılarının mobil qrupunu hazırlamaq və həmkarlar ittifaqına üzvlüyün motivasiyasının yüksəltməkdən məqsədindən danışdı, mədəniyyət sarayını mütəxəssisi Ləman Məmmədova- gənc qızların sarayının özfəliyyət və idman kollektivlərində çalışdıqlarından söhbət etdı, Binəqədi RHİK sədri Zöhrə Muradova gəncləri həmkarlar ittifaqı üzvlərini həyatda daha sərbəst və fəal olmağa, fərqlənməyə, yeni keçirilən müsabiqələrədə iştirak etməyə çağırdı. Tədbirin sonunda bütün verilən suallara cavab verildi, xatirə şəkilləri çəkildi.

FullSizeRender