AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

Həmkarlar öz sözünü dedi

Sentyabrın 26-da keçiriləcək referendum ilə əlaqədar avqustun 1-də "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasında sahə həmkarlar ittifaqlarının təşkilatlarının nümayəndələrinin iştirakı ilə toplantı keçirilib.

Federasiyanın prezidenti İlyas Əliyev bildirdi ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən iyunun 26-da "Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında" Sərəncam imzalanmışdır. Respublika Prezidentinin sərəncamı ilə sentyabrın 26-da keçiriləcək referendumda xalq bu dəyişiklik və əlavələrə öz münasibətini bildirəcək. Təbii ki, vətəndaş cəmiyyətinin aparıcı qüvvələrindən olan həmkarlar ittifaqı təşkilatı, həmişə olduğu kimi, Respublika Prezidentinin bu təşəbbüsünü də dəstəkləyəcək.

İclasın məqsədi: Referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və referendum üzrə təşəbbüs qrupunda təmsil olunması üçün nümayəndələrin müəyyən edilməsidir. Bölgüyə və say tərkibinə əsasən "Vətəndaş cəmiyyəti" referendum üzrə ilkin qrupda təmsil olunması üçün "Xidmət-İş" HİF 40 nəfər nümayəndə ayrılıb. Bu qrupda təmsil olunmaq üçün 10 nəfərə 1 nəfər nümayəndə seçilməlidir. Müzakirələr nəticəsində referendum üzrə Təşəbbüs qruplarında təmsil olunmaq üçün 4 nümayəndə seçildi.

Sonda Federasiyanın prezidenti İlyas Əliyev gündəlikdə duran məsələlərin müzakirəsi zamanı səsləndirilən fikirlərə, təkliflərə münasibətini bildirdi və iclası yekunlaşdırdı.