AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısı “sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələr”

20160715_114128

İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısı “sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclası həmkarlar ittifaqı təşkilatları da maraqla izləmişdir. İclasda ölkə başçısının çıxışında və yekun nitqində qoyulan məsələlər ittifaqın strukturlarında müzakirə edilmiş, ona uyğun fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Belə müzakirələrdən biri də 15 iyul tarixində "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasında keçirilmişdir. Federasiyanın rayon və ilk təşkilat sədrlərinin, fəallarının iştirakı ilə baş tutan tədbirin əsas məqsədi Respublika Prezidentinin çıxışında qoyulan məsələlərin icrasına dəstək nümayiş etdirmək idi.

Tədbiri Federasiyanın birinci vitse-prezidenti Sadət Tahirova açaraq, qeyd etdi ki, hörmətli Prezidentimizin bildirdiyi kimi, dövlətimiz tərəfindən Azərbaycanın uğurlu inkişafı təmin olunur. Ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur, ictimai-siyasi sabitlik möhkəmlənir. 2016-cı ildə, baxmayaraq ki, neftin qiyməti hələ də çox aşağıdır, Azərbaycan inamla tərəqqi edir. Daha sonra Sadət xanım bildirdi ki, büdcə əsasən neftin hesabına formalaşsa da, iri sosial layihələrin icrası dayandırılmadı. Əməkhaqları, pensiyalar on faiz artırıldı. Artıq aztəminatlı ailələr üçün ucuz mənzillərin tikintisinə dair layihə üzərində iş gedir. Layihənin tərkib hissəsi olaraq Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb, torpaq sahəsi ayrılıb.

Müzakirə iştirakçıları Federasiyanın Səbail Rayon Komitəsinin sədri Tofiq Qədimov çıxışında ölkə başçısının özəl sektora aid sözlərini xatırlatdı: "Özəl sektora da dövlət qurumları tərəfindən çox ciddi tövsiyə edilmişdir ki, onlar ixtisarlara getməsinlər, bir qədər az pul qazansınlar, ancaq insanları küçələrə tökməsinlər. Çünki özəl sektor uzun illərdir ki, dövlət tərəfindən çox böyük dəstək - həm siyasi, həm də ki, maddi dəstək alır. Özəl sektor da sosial məsuliyyət daşımalıdır". Biz bu tövsiyələri həmkarlar ittifaqlarının özəl sektorda daha səmərəli fəaliyyətinə verilən dəstək kimi qiymətləndirməliyik.

Mərkəzi Univermağın Həmkarlar İttifaqı Təşkilatının sədri Reyhan Əliyeva iclasda cənab İlham Əliyevin insanlara şəxsi biznes qurmaqda dövlət dəstəyinə diqqət yetirilməsi barədə fikrini günün ən vacib məsələlərindən biri olduğunu söylədi və təklif verdi ki, aztəminatlı ailələrə ayrılan müavinatlardan daha səmərəli istifadə etmək üçün bəlkə də, müavinatların fərdi iş yerlərin açılmasına sərf olunması daha da məqsədə uyğun olardı.

Elmir Həsənli - Xətai RHİK sədr müavini turizmin inkişafına göstərilən dövlət qayğısından danışdı: “ASAN viza” xidməti yaradılır. Üç gün ərzində Bakıya turist kimi gəlmək istəyən heç bir maneəsiz, problemsiz və başqa bir iddiasız vizanı ala bilər. Təklif etdi ki, turizm sahəsində keçirilən beynəlxalq, respublika miqyaslı tədbirlərdə həmkarlar ittifaqı təşkilatlarının da qüvvəsindən istifadə olunsun.

Məmmədov Sabir - “Azpetrol LTD”MMC HİK sədr müavini yeni iş yerlərin açılması barədə danışaraq dedi ki, 78 min yeni açılmış iş yerlərin arasında, o cümlədən dövlət şirkətlərinin xətti ilə açılmış iş yerlərinin sayı hesabına, özəl sektorda da bu işlər görülüb, belə ki müəssisə rəhbərliyi bu il rayonlarda bir neçə yanacaqdoldurma məntəqə açıb.

Roza Eyubova - Xətai RHİK sədri bidirdi ki, bu məsələdə həmkarlar ittifaqlarıının qüvvəsindən istifadə olunsun. Belə bir təkliflə AHİK dövlət strukturlarına müraciət etməlidir. Ümumiyyətlə, pis olmazdır ki, həmin müşavirədə həmkarlar ittifaqını təmsil edən olsun və belə bir müzakirələr apardıqdan sonra ümumi bir fikir yaransın və Nazirlər Kabinetinə bir təklif ya tövsiyə kimi çatdırılsın.

Tədbirdə Federasiyanın vitse-prezidenti Cəmaləddin İsmayılov çıxışlarda qoyulan məsələlərə münasibət bildirdi və sahə Hİ rayon, ilk təşkilat liderlərini, fəallarını xalqımızın rifahı və dövlətimizin inkişafı naminə ölkə başçısının Nazirlər Kabineti iclasında qarşıya qoyduğu vəzifələrin icrasında fəallıqlarını daha da artırmağa çağırdı.

20160715_110658