AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

İuyl ayının 1-də Federasiyanın Gender bərabərliyi və qadın problemləri üzrə komissiyanın növbəti iclası keçirilib

IMG_2579

İuyl ayının 1-də Federasiyanın Gender bərabərliyi və qadın problemləri üzrə komissiyanın növbəti iclası keçirilib. İclası Federasiyanın I-ci vitse-prezidenti Sadət Tahirova açaraq qeyd elədi ki, komissiya keçən dövr ərzində ənənə olaraq üzv təşkilatların GBQP komissiyaları ilə sıx işləyib, tez-tez yerlərdə olub sahə hi üzvləri ilə qörüşüb, maarifləndirmə işini aparıb. Federasiya üzrə 73 komissiya və 200 nəfərdən çox üzvü olan komissiyalarda yerlərdə işləyən qadınların iş şəraitlləri ilə tanış olub, lazımi köməklər edib, o cümlədən aztəminatlı ailələrə köməklik məqsədilə müdiriyyətə müraciət edib. Komissiya çalışır ki, hi üzvünün iş yerində gender bərabərliyini qorusun, hər bir işçiyə layıqlı əmək şəraiti yaradılmasında iştirak etsin. İldən ilə fəal qadınlarımızın sayı çoxalır, Federasiya tərəfindən təşkil olunan hər bir tədbirdə, seminarda, dəyirmi masada böyük maraqla iştirak edirlər, AHİK-n ƏSMA kurslarında biliklərini artırırlar. Federasiyanın komissiyası tərəfindən təşkil olunan 8 mart, Novruz Bayramının, 9 May - Qələbə gününə, 28 May - Respublika Günü, 1- iyun Uşaqların müdafiə gününə və s. həsr olunmuş bayram tədbirlərində, dəyirmi masalarda dövlət, AHİK tərəfindən qadına verilən diqqət müzakirələr şəklində keçirilir.

S. Tahirova öz çıxışında qeyd etdi ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən "Mən həyatı sevirəm" adlı qenişmiqyaslı maarifləndirmə layihəsinə start verildi. Son illər Azərbaycan qanunvericiliyinin milli adət-ənənələrə əsaslanaraq formalaşdırılması və inkişafı, ailə münasibətlərini tənzimləyən bir sıra normativ hüquqi aktların qəbulu ölkədə sağlam ailələrin formalaşmasına səbəb olub.

"Mən həyatı sevirəm"adlı qenişmiqyaslı maarifləndirmə layihənin məqsədi gənclərin diqqətini bir daha ailə, sağlamlıq, ziyanlı verdişlərin fəsadların, narkomaniyanın cəmiyyətə, dövlətə, ailə dəyərlərinə vurduğu ziyan və onunla mübarizə və digər bu kimi məsələlərə cəlb etmək. Düzdi Federasiya ənənə olaraq hər il maarifləndirmə məqsədilə qadınlarla , gənclərlə seminarlar, dəyirmi masa keçirir və bu mövzular orada geniş müzakirə olunur. Və ən əsası odur ki, hər bir tədbir ahılların iştirak ilə keçirilir. Məqsəd: hər bir sahə hi üzvünün diqqətini ailə məsələlərinə yönəldilməsi, milli mənəvi dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, gənclərin yaşıllara hörmət ruhunda tərbiyə olunması, sağlam həyat tərzinin tədbigi və s.

Tədbirdə ahıllarımız, sahə müəssisə (təşkilatların) GBQP komissiyaların və gənclərin nümayəndələri iştirak etmişdilər. Çıxış edənlər: R.Zeynalova- GBQP sədri, R.Eyubova –Xətai RHİK sədri, Z.Muradova- Binəqədi RHİK sədri, Aqarzayeva R.-"Bilgəh" sanatoriyanın GBQP sədri, Ş.Ömərova -"Azpetrol LTD"MMC GBQP sədri və b.