AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

26 may 2016-cı il tarixində "Nə? Harda? Nə zaman?" oyunu keçirildi

DSC_0548

26 may 2016-cı il tarixində Federasiyanın qeydiyyatında olan "AtaHolding" Şirkətlər Qrupu əməkdaşlarından ibarət komandalar arasında ənənəvi olaraq hər il "28 May Respublika günü"nə həsr edilmiş "Что, Где, Когда" (Nə ? Harda? Nə zaman?) oyunu keçirilib. Oyun "AtaBank", "AtaSığorta" "Excelsior Hotel Baku"-nun dəstəyi ilə, "AtaHolding" və Game TV-nin təşkilatçılığı ilə keçirilib. İntellektual yarışda "AtaHolding" , "AtaBank" , "AtaSığorta" , "Excelsior Hotel Baku", "AtaTexnologiya", "VTB Bank Azərbaycan" komandaları iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Komandalar müxtəlif mövzularda sualları cavablandırmağa çalışıb.

Birinci yeri qazanmış "VTB Bank Azərbaycan"-nın əməkdaşı Elmar İbrahimov oyun barədə təssüratlarını bölüşərək bildirdi ki, 4 ildir oyunda iştirak edirlər, bu onların sayca ikinci qalibiyyətləridir: "Ümumiyyətlə, biz tez-tez bu cür oyunlarda iştirak edirik. Çətin suallar var idi, amma öhdəsindən gələ bildik. Rəqib komandalar da heç də zəif deyildi, "AtaTexnologiya" bir xal fərqi ilə uduzdu". ikinci yeri tutan və hər il oyunda iştirak edən "AtaTexnologiya" komandasının kapitanı Cahangir Qənizadə isə deyib ki, komanda əzmkarlıqla qızğın mübarizə aparırdı. Üçüncü yeri qazanmış "AtaBank" komandasının kapitanı Fərid Paşayev oyunda ilk dəfə iştirak etdiyini və yüksək səviyyədə təşkil edildiyini bildirib. "Game TV" nin əməkdaşı Vüqar Dadaşov oyunun böyük ruh yüksəkliyi ilə keçdiyini vurğulayıb. O, "Game TV" nin fəaliyyəti barədə danışıb: " Biz intellektual oyunlar və "Nə, harda, Nə zaman", "Breyn-rinq", "61", "Əlaçı" televizya layihələrində təşkil edirik. "AtaHolding"lə daima bu cür oyunlar keçirtmişik və hər zaman yüksək səviyyədə, son anadək qızğın mübarizədə keçib. Sonda qalib komandalara sertifikatlar, "AtaBank" ASC və "AtaSığorta" ASC-dən hədiyyələr təqdim olundu.

Qeyd etməliyik ki, baxmayaraq ki, bəzi şirkətlərdə həmkarlar ittifaqı təşkilatları yaradılmayıb, hesab edirik ki, birgə iş və istirahət həmkarlar ittifaqının yaradılmasına köməklik göstərər.

DSC_0446