AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

Federasiyanın “Gənclər Şurası”nın təşəbbüsü ilə seminar keçirildi

EE_Seminar-image2

Federasiyanın "Gənclər Şurası"nın təşəbbüsü ilə "Peşəkar iş təcrübəsi üçün Avropa keyfiyyət sistemi - Avropa Həmkarlar İttifaqları Konfederasiyasının təklifi" adlı yeni nəşrdə Avropa Həmkarlar İttifaqları Konfederasiyası və Böyük Britaniyanın Həmkarlar İttifaqları Konqresinin tədris mərkəzi olan "Unionlearn" tərəfindən peşəkar iş təcrübəsinə aid irəli sürülmüş keyfiyyət standartları barədə seminar keçirildi.

Seminarda qeydiyyatımızda olan ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri və gənclər təşkilatlarının fəalları iştirak edirdi. Görüşdə qeyd olundu ki, (GŞ sədri S.Nəbiyev), beynəlxalq təcrübədə siyasətçilər peşəkar iş təcrübəsinə gənclər arasında işsizliyə qarşı mübarizə vasitəsi kimi böyük maraq göstərirlər. C.İsmayılov Federasiyanın vitse-prezidenti bildirdi ki, son 2 ildə "Layiqli iş yerlərin yaradılması" keçirdiyimiz seminarların əsas mövzusu olmuşdur. Lakin son illərdə onun yayılmasında müxtəlif problemlər yaşanır. Layiqli iş yerlərinin yaradılmasının təşviqi çərçivəsində öz töhfəsini verən Avropa Həmkarlar İttifaqları Konfederasiyasının milli həmkarlar ittifaqları ilə hazırladığı keyfiyyət standartı qitənin müxtəlif ölkələrində mövcud olan peşəkar iş təcrübəsinə aid sistemlərə, eləcə də milli və sahə səviyyəsində qabaqcıl praktikaya əsaslanır. Keyfiyyət meyarları həmkarlar ittifaqları üçün iş təcrübəsinə aid lazımi sistemlərin yaradılmasında və idarə olunmasında kömək etməyə yönəlib. Bunlara əsaslanaraq "TuranBank" ASC İRİED, Qiymətləndirmə və Motivasiya şöbəsi, Böyük mütəxəssisi, HİK üzvü N. Həsənova məlumat verdi ki, "TuranBank" ASC rəhbərliyi həmkarlar ittifaqı komitəsi sosial tərəfdaşlar olaraq əvvəlcədən təsdiq olunmuş iş planına əsasən treninqlər keçirirlər. May ayı ərzində keçirilmiş treninqlərdə, o cümlədən 14.05.2016-cı il tarixində (21 nəfər), 17.05.2016-cı il tarixində (20 nəfər) bank əməkdaşı FİD-nin, Şəbəkənin əlaqələndirilməsi şöbəsinin müdiri Nəriman İmranov tərəfindən keçirilən "Problemli kreditlərin erkən müəyyən edilməsi" mövzusunda, 19.05.2016-cı il tarixində (9 nəfər) xarici ekspert Rayner Behinke tərəfindən "Enerji səmərəliliyi layihəsi" üzrə seminarlar keçirilmişdir. Keçirilmiş treninqlərdə məruzəçilər qeyd etdilər ki, hər kəs öz iş yerində ondan asılı olan işini keyfiyyətli və layiqli aparmalıdır.

İşçilər-dinləyicilər arasında məlumat mübadiləsi aparıldı: treninqlərin keçirilməsində həmkarlar ittifaqı təşkilatının daha mühüm rol oynamasını, müasir dövrün tələblərinə uyğun olaraq formalaşmasını, fəaliyyətinin genişləndirilməsini təhsildə prioritet məsələlər kimi diqqət mərkəzində olması təklif verildi.

Seminar sual cavabla yekunlaşdı.