AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

Azərbaycan Milli Kulinariya Mərkəzinin 25 illiyinə həsr edilmiş tədbir

20160504_133418-qazet-1

Mayın 4-də "Sərin" restoranında Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM), Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə AMKM-nin 25 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə hökumət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus təmsilçiləri, mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın bölgələrindən gəlmiş qonaqlar, tanınmış kulinarlar iştirak ediblər.

Mərasimdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan mətbəxinin qədim tarixindən söhbət açaraq, aşağıdakıları xüsusilə qeyd etdi: "Azərbaycan mədəniyyəti daşıyıcılarının bədnam qonşularımız tərəfindən təzyiqlərə məruz qalması heç kimə sirr deyil. Onlar nəinki torpaqlarımıza, hətta mədəniyyətimizə də təcavüz edirlər. Azərbaycan mətbəxi də bu proseslərdən kənarda qalmayıb". Nazir erməni saxtakarlarının sırf Azərbaycan Milli mətbəxinə məxsus olan təamların mənimsənilməsi üçün beynəlxalq təşkilatlara uğursuz müraciətləri barədə geniş məlumat verdi.

Azərbaycan Milli Kulinariya mərkəzinin baş direktoru, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov Mərkəzinin 25 illik fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edərək Milli Kulinariya Mərkəzi yarandığı gündən Azərbaycan mətbəxinin tədqiqində, əhalinin kulinariya sahəsində maarifləndirilməsində, kulinariya mədəniyyəti və təcrübəsinin yayılmasında, milli mətbəx nümunələrinin toplanması, dünya miqyasında tanıdılması və təbliği istiqamətlərində mühüm işlər görüldüyünü, Mərkəz bu illər ərzində 100-dən çox ölkənin kulinariya təşkilatının üzvlüyünə qəbul edildiyi, Mərkəzinin komandası beynəlxalq müsabiqə, yarış və festivallarda uğurla milli mətbəximizi təmsil edilməsi barədə, Ümumdünya Kulinariya Təşkilatının rəhbərliyində təmsil olunduğu, ölkəmizdə və xaricdə 30 adda kulinariya kitabı nəşr olunub, qədim xörəklərimizin hazırlanma qaydaları bərpa edilib, ilk dəfə xörəklərin patent praktikası tətbiq olunub, "Azərbaycan mətbəxi" kitabı dünyada birinci yerə çıxmasını bildirdi.
"Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyanın vitse-prezidenti X.Nəsibov tədbirdə çıxış edərək həmkarlar üzvləri adından Azərbaycan Milli Kulinariya Mərkəzinin kollektivinin 25 illiyi, Prezident İlham Əliyevin "Azərbaycan milli kulinariya sahəsinin əməkdaşlarına "Əməkdar Mədəniyyət İşçisi" fəxri adının verilməsi haqqında" 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə fəxri adına layiq görülmüş Tahir Əmiraslanova və Oruc Əliyevə fəxri adların verilməsi ilə təbrik edərək, Milli mətbəximizin gözəlliyindən, bərabəri olmayan xörəklərdən danışdı və bildirdi ki, Milli Kulinariya Mərkəzinin yaradılmasında və inkişafında Federasiyanın böyük əməyi var. "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyanın vitse-prezidenti X.Nəsibov idarə rəhbərinə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevin adından Milli Kulinariya Mərkəzinin 25 illik yubileyi münasibətiylə Federasiyanın fəxri diplomlarını təqdim etdi. "Xidmət-İş" Həmkarlar İttifaqı Federasiyasının prezidenti İlyas Əliyev adından Aynurə Əmiraslanovaya, Nigar Nəbiyevaya, Nərmin Babayevaya fəxri diplomları təqdim edərək təbrik etdi.

IMG_1977

20160504_133402

IMG_1984