AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

"Xidmət- iş" HİF-də 1 oktyabr Beynəlxalq Ahıllar gününə həsr olunmuş tədbir

image-01-10-15-10-52-1

Xidmət- iş Hİ Federasiyasının birinci vitse-prezidenti Səadət Tahirova tədbiri acaraq, BMT-nın baş məclisinin 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnamənin və 1993-cü ildən başlayaraq hər il oktyabrın 1-də bütün dünyada qeyd olunan beynəlxalq ahıllar gününün əhəmiyyətindən danışdı. Sosial xidmət haqqında qanuna əsasən, ölkədə 70 yaşına çatmış vətəndaşlar ahıl hesab olunurlar. Rəsmi statistikaya əsasən, respublikamızda belə şəxslərin sayı 400 min nəfərə yaxındı. Bu insanların hərtərəfli dövlət qayğısı ilə təmin olunması, onların maddi və mənəvi tələblərinin ödənilməsi, ümummilli lider H.Əliyev sosial siyasət kursunun vacib tərkib hissəsi olub. Milli və bəşəri dəyərlərə söykənən bu siyasət prezident İ.Əliyev tərəfindən layiqli səviyyədə davam və inkişaf etdirilir. Dövlət başçısı tərəfindən imzalanan fərman və sərəncamlara, 2006-cı il 17 aprel tarixli sərəncamla təsdiqlənmiş "Ahıl vətəndaşları Sosial Müdafiəsi"nin gücləndirilməsi üzrə dövlət proqramına, habelə bir sıra dövlət proqramlarına uyğun olaraq, ötən müddətdə ahılların sosial müdafiəsi sahəsində mühüm işlər görülüb. Dövlət Sosial Müdafiə Fondu qeydiyyatda olan əmək pensiyaçılarının 343245 nəfəri ahıl vətəndaşlardır. Onlardan 207740 nəfəri qadın, 135505 nəfəri isə kişidi. Ahıl pensiyaçıların 265529 nəfəri 70-80 yaş arası, 71398 nəfəri 80-90 yaş arası, 6318 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır.

Çıxışlarda Sumqayıt ŞHİK sədr müavini Suleyman Suleymanov, "Azaqrotreyd" ATSC BHİK sədri Muxtar Muxtarov,Saatlı RHİK sədri İsa Fətullayev,Yasamal RHİK sabiq sədri Sona xanım Məmmədova və b. Prezident İ.Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində, ölkə əhalisinin həssas təbəqəsi olan pensiyaçılara dövlət qayğısı ilbəil artırılmasını, yaşlı əhalinin sosial rifahının yaxşılaşdırılması və onların pensiyalarının artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilməsini qeyd etdilər. "Bakı Ayaqqabı"ASC HİT sədri Şakərəm Bədirov Ahıl pensiyaçıların problemləri daim diqqət mərkəzində saxlanılır və onların pensiyalarının təyinatı, vaxtında və ən mütərəqqi metodlarla ödənilməsi üçün bütün imkanlardan istifadəsindən dedi.

Daha sonra Sadət xanım Tahirova hazırda Azərbaycanda əmək pensiyasının baza hissəsi 100 manat, 01.04.15 orta aylıq məbləği 174.4 manat, yaşa görə pensiyalar üzrə orta aylıq məbləğ-193,90 manat, əvəzetmə əmsalı 45% təşkil edib. Nəticədə, pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1.7 dəfə üstələyib.

Respublikamızda 13100 nəfərdən çox vətəndaşa evlərində sosial-məişət xidməti göstərilir ki, onlardan 2000 nəfərdən çoxu 70 yaşından yuxarı olanlardır. Həmçinin ƏƏSMN-nın sosial xidmətə müəssisələrində 200 nəfərdən ahıl tam dövlət təminatında yaşayır.

Azərbaycan prezidenti 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020:gələcəyə baxış" inkişaf konsepsiyasının 7.3-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırda ƏƏSMN tərəfindən "Ahıl vətəndaşların Sosila Müdafiəsi"nin gücləndirilməsinə dair dövlət proqramının (2014-2020-ci illərdə) layihəsi hazırlanıb. Proqramda ahılların layiqli həyat tərzi keçirmələri üçün əlverişli şəraitin yaradılması, onların cəmiyyətə inteqrasıyasının gücləndirilməsi və s. məsələləri diqqətdə saxlanılır."Xidmət- iş" Həmkarlar İttifaqları Federasiyası üzrə ahıl yaşına çatmış Hİ liderlərin sayı 12 nəfər təşkil edir. İl ərzində Federasiya tərəfindən təşkil olunan hər bir tədbirin qonaqları olan ahıllar öz tərcübələrindən danışması həmişə ehtiyacı olmuşdur. Çünki sizin həyat tərcübəniz qənclər üçün əsl həyat məktəbidir. Bizim hər il 1 oktyabır Ahıllar qünündə qörüşümiz ənənəyə çevirilib. Federasiya tərəfindən Ahıllara maddi yardımlar, imkan daxilində sanatoriya kurort və istirahət ocağlarına yollayışlar verilir, hər il olduğu kimi bu il də Mədəniyyət sarayının Çiçəyin uşaq Teatrın bir qrup üzvləri ahıllarla görüşə qəlib öz çıxışları ilə onları təbrik ediblər. Tədbirin sonunda mükafatlar təqdim olundu, xatirə şəkilləri cəkilib.

image-01-10-15-10-52-1