AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

2016-cı ilin I rübün yekunları və şəhər HİK sədrlərinin qarşıda duran vəzifələri barədə

Bakı şəhəri 12 aprel 2016-cı il

Sədrlik edir: X.Nəsibov

Bakı şəhəri rayon həmkarlar ittifaqı komitə sədrləri: C. Kazımov, V. İsayev, R.Əsgərov, R.Hüseynov, Z.Muradova, R.Eyubova, S.Mahmudov, S.Quliyev, T. Qədimov, İ.Pənahlı, M.Məhərrəmov.

Aparatının məsul işçiləri: Z.Nəbiyeva - maliyyə şöbəsinin müdiri.

Dəvət olunanlar: Federasiyanın I vitse-prezidenti - S.Tahirova, Aidaxanım Hacıyeva, Rövşən Dəmirov.

Gündəlik və reqlament səsvermə yolu ilə təsdiqləndi

Gündəlik məsələlər:

2016-cı ilin I rübün yekunları və şəhər HİK sədrlərinin qarşıda duran vəzifələri barədə;

Eşidildi: Federasiyanın I vitse-prezidenti S.Tahirova iclası açaraq, toplantı iştirakçılarnı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırdı. Sonra Sadət xanım Tahirova 2016-cı ilin yekunlarından, statistik hesabatlardan, apardığımız tədbirlərdən danışdı. Qeyd olundu ki, Federasiya 2015-ci ilin oktyabr ayında keçirdiyi məclisdə qeyd etmişdir ki, həmkarlar ittifaqları hərəkatı inkişafdadır, vətəndaş cəmiyyətinin tərkib hissəsi kimi üzərinə düşən vəzifələri yerinə yetirməyə səy göstərir, işçilərin hüquqlarının və mənafelərinin müdafiəsində real işlər görür. Federasiyanın 110 illik tarixi var. Bununla yanaşı son zamanlar rayon sədrlərinin həmkarlara cəlb etmə işi səviyyəsi bizi qane etmir. Federasiyanın prezidenti sərt şərt qoymuşdur ki, işə münasibət dəyişilməlidir. Federasiyanın vitse prezidenti X.Nəsibov da bildirdi ki, bu günkü iclasdan qabaq, o bir neçə rayon komitə sədrləri ilə görüşüb, fikir mübadiləsi aparmışdır. X. Nəsibov qeyd etdi ki, 2016-cı ilin I rübü çox passiv nəticə verib, bunun səbəbi sədrlərin rayonda aktivlik göstərməməsidir. Həmkarlar işinə mövqelərin kardinal dəyişilməsinin vaxtı çatıb. Bu gün hər bir sədr öz mövqeyini səsləndirilməlidir, qabaqcadan bildirildi ki, bütün çətinlikləri şəhər komitəsi bilir və çox istərdi ki, çıxış yolları tapılsın. Biz hesab edirik ki, rayon sədrləri hər biri öz rayonunda bütün dövlət strukturları və sahibkarları tərəfindən tanınmalıdır, hər biriniz, hər bir təşkilat və müəssisə tamasda olmalıdır.

Çıxış etdilər: Rayon sədrləri: T. Qədimov, R.Eyubova, Z.Muradova bildirdilər ki, bu gün çətinliklər 5 qat artıb və doğrudan da Federasiya və şəhər komitəsi bizimlə bir yerdə işin canlandırılmasında hansısa yolları tapmalıdırlar. Əlbəttə həmkarlar qarşısında duran vəzifələrin əhəmiyyətindən danışmaq lazımsızdır, amma həmkarlara sahə üzrə cəlbetmə demək olarki yox vəziyyətdədir.

Qərara alındı: I. Rayon komitələri canlandırmaq məqsədilə aşağıda adları çəkilən tərkibdə təftiş komissiyası yaradılsın:

  1. Quliyev Siyasət Mehman o. -Suraxanı RHİK sədri
  2. Muradova Zöhrə Sultan q .- Binəqədi RHİK sədri
  3. Qədimov Tofiq Baxış o. - Səbail RHİK sədri
  4. Hüseynov Rövşən Ənvər o.- Nərimanov RHİK sədri

II. Təftiş komissiya öz işinə 15.04.16-cı il tarixdən başlasın.

III. Hər ay Bakı şəhər komitəsinin iclasında Komissiya hesabat versin.

ea2f7bb2260b36d2e2c91b984d30874c

6060fc3885111de192c3f0892bfe75b9