AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

07- 09 aprel 2016-ci il tarixdə Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi

2001-ci ildən başlayaraq hər il Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi keçirilir. Bu il 07-09 aprel 2016-ci il tarixdə "Bakı Ekspo Mərkəzi"- də 15-ci Yubiley Sərgisi keçirilmişdir. Sərgidə fərqli turizm istiqamətlərini təqdim edən dünyanın 40 ölkəsindən 200-dən artıq şirkət iştirak etmişdir. Belarus, Bolqarıstan, Gürcüstan, Rusiya, Türkiyə öz ölkələrinin turizm potensialını nümayiş etdirmək məqsədi ilə çıxış etmişlər. Azərbaycan Turizm Assosiasiyasının stendində Azərbaycanın turizm şirkətləri, otel və sanatoriyaların təklifləri ilə tanış olmaq mümkün idi.

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) üzv təşkilatı olan "Xidmət-İş" Həmkarlar İttifaqı Federasiyasının (HİF) nümayəndələri sərgidə iştirak edən şirkətlərin təklifləri ilə yaxından tanış olmuşdular. Xüsusi diqqət sərginin ön sıralarında yerləşmiş Türkiyə şirkətlərinə yetirilmişdir. "Xidmət-İş" HİF-nin vitse prezidenti Xəyyam Nəsibovu və Federasiyanın üzv təşkilatlarının nümayəndələri F. Məmmədov, R. Cəfərov, E. Səlimov, T. Hüseynovu sərgidə iştirak edən "Dünya Türk İş Şurası" Avropa Bölgə Komitəsinin rəhbəri, "ORKA" şirkətinin prezidenti Turgut Torunoğulları səmimi qarşılayıb, onlarla dostluq və işgüzarlıq haqqında fikir mübadiləsi aparmış, gələcəkdə birgə tədbirlərin keçirilməsini təklif etmişdir.

Xəyyam Nəsibov Ulu öndər, Ümummilli liderimiz Heydər Əliyev və onun davamçısı İlham Əliyev tərəfindən səsləndirilmiş "İki dövlət bir millət" şüarı ilə Azərbaycan və Türkiyə arasında hərtərəfli qardaşlıq əlaqələrinin bütün sahələrdə daha da möhkəmləndirildiyini vurğulayaraq Federasiyanın fəaliyyəti barədə Türkiyə şirkət nümayəndələrinə geniş məlumat verdi. Görüşdə iştirak edən "Xidmət-İş" HİF-nin nümayəndələri Federasiyanın prinsipiallıq və bərabərlik əsaslarla aparılan fəaliyyətini yüksək qiymətləndirərək əldə olunan nəticələri qeyd etdilər. Türkiyənin Fəthiyə və Marmaris bölgələrində turizm sahəsində lider olan "ORKA" şirkəti və "Xidmət-İş" Federasiyası arasında mütəmadi olaraq təcrübə mübadiləsi aparılmasına dair razılıq əldə olundu.

738b792791670010d27bd8177f1de12e

d03b317a2cb37b816c4083ebf7fd3b59