AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

13 fevral 2016-ci il tarixdə Federasiyada ərizə müəllifləri ilə görüş keçirilmişdir

Görüşdə Həşimov Araz, Ələkbərov Rasim, Əhmədov Akif, Fərəcov Nazim, Quliyev İmran, Babayev Səbhi və b. qeyd etdilər ki, guya məcburi boşdayanma ilə əlaqədar onlara az əmək haqqı ödəniləcəkdir.(24 nəfərə) (ƏM 169-cu maddə ilə: işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcəsinin tarif (vəzifə) maaşını üçdə iki hissəsindən az olmamaqla ödənilir). Halbuki, onlar faktiki əvvəlki işini görürdülər. Belə bir hall dekabr ayında da olmuşdur. Lakin, bütün strukturların dərhal müdaxiləsi nəticəsində onun qarşısı alındı. Amma bu dəfə, baxmayaraq ki müəssisənin rəhbərliyi ilə görüş olmuşdur və orada vədlər verilmişdir, əmək haqları tam ödənilmədi. Fəhlələr xarici iş adamların ölkə qanunvericiliyinə dəqiq riayət etməsini tələb edirlər və hətta müəssisəyə kömək naminə bir aylıq əmək haqların müəssisənin hesabına ödəməyə hazırdılar.

Federasiyanın vitse-prezidenti X.Nəsibov bildirdi ki, yanvarın 26-da Bakıda keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda cənab prezident qeyd etmişdir ki, sahibkarlıq fəaliyyətinin inkişafı ilə bərabər, işçilərin hüquqları da qorunmalıdır. Sosial məsuliyyət nəzərə alınmalı, şirkətlərdə ixtisar hallarının olmamasına çalışılmalıdır. İşlərini itirən insanların vəziyyətini sahibkarlar nəzərə almalıdırlar. Çünki iş adamlarına dövlət hərtərəfli dəstək verir və iş adamları da sosial məsuliyyətlərini dərk etməlidirlər.
Biz həmkarlar olaraq bu mövqeyi ilə çıxış edirik və bu xoşagəlməz halların məhkəmə əsasında deyil, dəyirmi masa ətrafında, kollektiv və müəssisə rəhbərliyi ilə birlikdə əməkdaşlıq edərək, bütün məsələlərin həllinə çalışırıq.

Federasiyanın vitse-prezidenti C. İsmayılov isə qeyd etdi ki, hazırda "Baltika-Bakı" MMC ilə bağlı məhkəmələrdə bir neçə işə baxılır. O dərəcəyə çatıb ki, müəssisə rəhbərliyi həmkarlar ittifaqı təşkilatının mövcudluğunu şübhə altına qoyur. Beynəlxalq Əmək Təşkilatının «Assosiasiya azadlığı və təşkilatlanma: hüququnun müdafiəsi haqqında» 87 saylı Konvensiyanın 2-ci maddəsinə əsasən, əməkçilər və sahibkarlar heç bir fərq qoyulmadan özlərinin seçdikləri təşkilatı, buna əvvəlcədən razılıq olmadan yaratmaq hüququna, eləcə də bu cür təşkilatlara onların nizamnaməsinə tabe olmaq şərti ilə daxil olmaq hüququna malikdirlər. BƏT-nin «Təşkilatlanmaya və kollektiv danışıqların aparılmasına hüquq prinsiplərinin tətbiqi haqqında» 98 saylı Konvensiyanın 1-ci maddəsinə əsasən əməkçilər əmək sahəsində birləşmə azadlığının sıxışdırılmasına yönəldilən hər hansı bir ayrı-seçkiliyə qarşı lazımi müdafiədən istifadə edirlər.

«Həmkarlar İttifaqları Haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan və ya onların nizamnamələri çərçivəsində qanuni fəaliyyətlərinə maneçilik törədən hər cür müdaxiləsi qadağandır. Baxmayaraq ki, biz yenə də məktubla müraciət etmişik və rəhbərlik tərəfindən cavab gözləyirik. Biz çox istərdik ki, qeyd olunan məsələləri qarşılıqlı anlaşma nəticəsində həll olunsun.

12325092_10204490041729929_1735409081_n

12325101_10204490052450197_278728259_n

12527699_10204490041849932_824329856_n

12713992_10204490041609926_1713741040_n