AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

“Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyanın prezidenti İlyas Əliyevin sədrliyi ilə Məclis keçirilib

Oktyabrın 23-də Federasiyanın prezidenti İlyas Əliyevin sədrliyi ilə "Qeyri-formal iqtisadiyyatdan formal iqtsadiyyata keçiddə həmkarlar ittifaqlarının rolu" mövzusunda "Xidmət-İş" HİF-nın V Məclis keçirilib. İclası giriş sözü ilə Federasiyanın birinci vitse-prezidenti Sadət xanım Tahirova açıb. Sadət xanım Tahirova qeyd etdi ki, bu gün Azərbaycan həmkarlar ittifaqları hərəkatı inkişafdadır, vətəndaş cəmiyyətinin tərkib hissəsi kimi üzərinə düşən vəzifələri yerinə yetirməyə səy göstərir, əməkçilərin hüquqlarının və mənafelərinin müdafiəsində real işlər görür. Məlumdur ki, layiqli əmək Azərbaycan Respublikasında milli iqtisadiyyatın və sosial siyasətin əsas istiqamətlərindən biridir. Beynəlxalq Əmək Təşkilatının konsepsiyasına əsasən layiqli əmək istər kişi, istərsə də qadınlar üçün azad, bərabərhüquqlu, təhlükəsiz və insan ləyaqətinə hörmət edən tələblərə cavab verən layiqli və məhsuldar işlə təminat imkanlarının təkmilləşdirilməsi deməkdir. Bununla yanaşı son zamanlar beynəlxalq səviyyədə "qeyri-formal iqtisadiyyat" terminologiyası gündəmdədir. Hər birimiz "qeyri-formal iqtisadiyyat" terminologiyasını başa düşməliyik və zamanında yaranan cağırışa lazımi addımlar atmalıyıq.

Sonra Federasiyanın vitse-prezidenti Cəmaləddin İsmayılova məruzə ilə çıxış etmək üçün söz verildi. C. İsmayılov bildirdi ki, BƏT etiraf edib ki, insanların çoxu qeyri-formal iqtisadiyyata öz iradəsi ilə deyil, işlə təmin olmaq üçün kifayət qədər keyfiyyətli iş yerləri, qeyri-adekvat sosial müdafiə olmaması üçün bu üsulla yiyələniblər. Qeyri-formaldan formal iqtisadiyyata keçidi hamı üçün layiqli əməyin təminatının ən mühüm şərtidir.

Bu Tövsiyənin məqsədi:

a) Qeyri-formaldan formal iqtisadiyyata keçidi əməl edərək, işlərin fundamental hüquqlarını, o cümlədən təminatlı gəlirlərin və sahibkarlıqla məşqul olmaq üçün bacarıq və təcrübəyə yiyələnməsini təmin etmək;

b) Müəssisələrin yaradılması və qorunması prosesinin stimullaşdırılması və onların həyat qabiliyyəti, eləcə də layiqli iş yerlərinin saxlanılması və təmin edilməsi , ardıcıllıq makroiqtisadi siyasətin, məşğulluq, sosial müdafiə, eləcə də digər istiqamətlərdən sosial siyasətin təmin edilməsi;

Əmək və Sosial Münasibətlər Akademiyasında "Qeyri-formal iqtisadiyyat və Azərbaycan Həmkarlar İttifaqları" mövzusunda treyninqlər bir ildən çoxdur ki keçirilir, o cümlədən 30 sentyabr 2015-ci ildə BƏT-in təşəbbüsü ilə Bakıda keçirilmiş "Sosial tərəfdaşlıq mexanizmindən səmərəli istifadə etməklə qeyri-formal iqtisadiyyatın payını azaltmaq" mövzusunda beynəlxalq seminarda “qeyri-formal iqtisadiyyat nədir və özünü necə büruzə verir, sosial-iqtisadi inkişaf üçün onun nəticələri necə ola bilər?" sualı ətrafında qurulmuşdu. Bu gün həmin məsələnin müzakirəsi ona görə aparılır ki, həmkarlar ittifaqı liderləri, təbliğatçılar bu hədəflərə mümkün qədər hazır olmalı və bu istiqamətdə işi aparmalıdırlar.

Bunun üçün təkliflərimiz var:

  1. Bütün bölgələrdə izahedici kampaniyaların keçirilməsi.
  2. 10 regionda dövlət orqanları və işəgötürənlər ilə birlikdə qeyri-formal iqtisadiyyatın payının azaldılması üçün kompaniyalarının keçirilməsi.
  3. Qeyri-formal və formal iqtisadiyyata aid bukletlər və plakatlar hazırlanması və çapı.
  4. Kütləvi mətbuat informasiya vasitələrdən istifadə, o cümlədən reklam klipinin yaradılması, internet və s.
  5. Sosial tərəfdaşlar ilə birgə bu istiqamətdə aparılan iş daimi nəzərətdə saxlanılsın, vaxtaşırı treyninq və seminarlar keçirilsin.

Müzakirələrə başlamadan əvvəl İlyas Əliyev həmin mövzunun müzakirəsinin vacibliyini qeyd etdi. O dedi ki, bu çağırışlar ən çox bizim sahəyə təsir edir. Çünki, bizim sahədə formal iqtisadiyyatda 280 min nəfər fəaliyyət göstərir (yəni ən azı müqavilə əsasında işləyirlər). Qeyri-formal iqtisadiyyatda respublika üzrə statistik rəqəmlər 10%, beynəlxalq təşkilatlar 55% olduğunu bildirir. Bir daha məsələnin vacibliyinə toxunaraq İ.Əliyev bildirdi ki, maarifləndirici seminarların keçirilməsi vacib məsələlərdən biridir. İşçilərin həmkarlar üzvlüyə cəlb olunmasına təkan verir, həmkarlar ittifaqının probleminin həllinə köməklik göstərir.

Binəqədi rayon HİK sədri Zöhrə Muradova məlumat verdi ki, Bakıda keçirilmiş "Sosial tərəfdaşlıq mexanizmindən səmərəli istifadə etməklə qeyri-formal iqtisadiyyatın payını azaltmaq" mövzusunda beynəlxalq seminarda iştirak edib və qeyri-formal iqtisadiyyatın əsas kateqoriyası aşağıdakı qaydada mənimsənilməsi başa düşülür.

1. Əmək müqaviləsi olmayan, yəni qeyri rəsmi (elan edilməmiş) içşilər;

  • Özüməşğul, yəni qeyri-formal müəssisələrdə müəyyən növ işləri yerinə yetirən işçilər;
  • Müxtəlif növ qeyri-formal fəaliyyəti həyata keçirən muzdlu işçilər;
  • Daimi işəgötürəni olmayan mövsümi işçilər;
  • Ev əməyini həyata keçirmək üçün tutulmuş işçilər;
  • Özüməşğul ev işçiləri (uşaqlara və qocalara xidmət üçün tutulmuş işçilər)

 

2. Əmək qanunvericiliyinə tam mənada iayət olunmayan müəssisə və təşkilatların işçiləri;

  • Sabit fərdi əmək müqaviləsi olmadan işləyənlər;
  • Əməkhaqqının bir hissəsini əməkhaqqı cədvəli üzrə, digər hissəsini konvertdə alan işçilər;

 

3. İş yeri axtarışında olan əməkqabiliyyətli vətəndaşlar. Bu klassifikasiya ilə razılaşmalıyıq və bunu dərk etməliyik.

Federasiyanın vitse-prezidenti Xəyyam Nəsibov çıxışında qeyri-formal iqtisadiyyatın və onun işçilərə təsirinin səviyyəsinin aşağı salmaq uğrunda məqsədyönlü və səmərəli mübarizə aparmaq üçün bütün mümkün vasitə və üsullardan istifadə edərək problemin həlli üçün formal iqtisadiyyatın keçirilməsinə təkan verdiyini qeyd etdi. Aşağıda qeyd olunan faktorlardan ibarətdir;

  1. Kadrlar arasında düzgün iş bölgüsü;
  2. Həmkarlar liderinin işgüzarlığından;
  3. Kollektivin məlumatlandırılmasından;
  4. Sosial tərəfdaşlığının gücləndirilməsindən;
  5. Həmkarlar ittifaqları təşkilatı işçilərin müdafiəsindən;
  6. Həmkarlar ittifaqlarının fəal iştirakından;
  7. Tədbirlərin səmərəli keçirilməsində.

Müzakirələrdə Məclis üzvləri: Şəmkir RHİK sədri Vaqif Məmmədov, Qazax RHİK sədri Tusi Cəfərov, Qəbələ RHİK sədri Əlisahib İsmayılov, Xaçmaz RHİK GBQP üzrə komissiyanın sədri Cəriyyə Abbasova fikir mübadiləsi apardılar.

Sonda məsələyə aid qərar qəbul olundu:

 

Federasiyanın V Məclisi qərar gəlir:

  1. Qeyri-formal iqtisadiyyatla bağlı araşdırma aparıb, sahə üzrə qeyri-formal iqtisadiyyətini təhlil etməsi Federasiyanın vitse-prezidenti C.İsmayılova tapışırılsın;
  2. Bütün bölgələrdə izahedici kampaniyaların keçirilməsi tədbiq etmək, problemi öyrənərək, onların həlli məsələsini qaldırmaq rayon komitə sədrlərinə və Federasiyanın vitse-prezidenti C.İsmayılova həvalə edilsin;
  3. Regionlarda və Bakı şəhər rayonlarda dövlət orqanları və işəgötürənlər ilə birlikdə qeyri-formal iqtisadiyyatın payının azaldılması üçün bir il ərzində kampaniyalarının keçirilməsi Federasiyanın vitse-prezidenti C.İsmayılova və X.Nəsibova tapşırılsın.
  4. Qeyri-formal və formal iqtisadiyyata aid 3 ay ərzində bukletlər və plakatların hazırlanması və çapı Federasiyanın aparat işçiləri: Bayramzadə X., Hüseynov T. və Eyubova R. tapşırılsın.
  5. Kütləvi mətbuat informasiya vasitələrdən istifadə, o cümlədən reklam klipinin yaradılması, internet və s. Federasiyanın vitse-prezidenti X.Nəsibova həvalə edilsin;
  6. Bu istiqamətdə sosial tərəfdaşları ilə birgə aparılan iş daimi nəzarətdə sağlanılsın, vaxtaşırı treyninq və seminarlar keçirilməsi Federasiyanın vitse-prezidenti C.İsmayılova tapşırılsın;
  7. Pensiya kartlarının effektivliyi haqqında məsələnin qaldırılması;
  8. Bu qərarın icrasına nəzərət Federasiyanın birinci vitse-prezidenti S.Tahirovaya tapşırılsın.

image-23-10-15-01-24-29

 image-23-10-15-01-24-3

image-23-10-15-01-24-4

image-23-10-15-01-24-2

image-23-10-15-01-24-14

image-23-10-15-01-24-31

image-23-10-15-01-24-6

image-23-10-15-01-24-34

image-23-10-15-01-24-33

image-23-10-15-01-24-35