AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

"Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyası İcraiyyə Komitəsinin növbəti iclası 02 oktyabr 2015-ci ildə keçirilmişdir

"Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyası İcraiyyə Komitəsinin növbəti iclası 02 oktyabr 2015-ci ildə keçirilmişdir. İclası Federasiyanın prezidenti, AHİK sədrinin birinci müavini İlyas Əliyev açmışdır.

İclasda "Gender bilikləri və texnologiyası məktəbi (GBTM)" haqqında, sahə üzrə əmək, təhsil və ictimai fəaliyyətində xüsusi nailiyyətlər əldə etmiş gənclərə "İşin peşəkar gənci" fəxri adının Əsasnaməsi, Federasiyanın V Məclisinin çağırılması, maliyyə hesabatlarının təhlili, sanatoriya-kurort və istirahət ocaqlarına yollayışların üzv təşkilatlar arasında bölgüsünün təsdiqi və "1 Oktyabr - Beynəlxalq Ahıllar Günü" barədə məsələlər müzakirə olundu. Birinci məsələ haqqında çıxış edən Federasiyanın birinci vitse-prezidenti Sadət Tahirova bildirdi ki, sahəmizə daxil olan əmək kollektivlərinin ilk həmkarlar ittifaqı komitələrinin hər birinin nəzdində gender bərabərliyi və qadın problemləri üzrə komissiyalar fəaliyyət göstərir. Bu sahəyə yerlərdə maraq müəssisə və təşkilatlarda çalışan işçiləri aktiv həmkarlar işinə cəlb etmək, onların gender barədə biliklərini artırmaq, qadınlarda liderlik keyfiyyətini yüksəltmək, həmkarlar ittifaqı təlimatçılarının mobil qrupunu yaratmaq və həmkarlar ittifaqına üzvlüyün motivasiyasını istənilən səviyyəyə çatdırmaq imkanı yaradır. Sahə üzrə əmək, təhsil və ictimai fəaliyyətində xüsusi nailiyyətlər əldə etmiş gənclərə "İşin peşəkar gənci" fəxri adının Əsasnaməsindən danışan Bakı şəhəri üzrə sahə HİK-in sədri? Federasiyan;n vitse-prezidenti X. Nəsibov qeyd etdi ki, müxtəlif sahələrdə çalışan gənclər arasında sənət təcrübəsi mübadiləsinin aparılması, yaradıcılıq potensiallarının inkişaf etdirilməsi və peşəkarlıq səviyyəsinin daha da artırılması, həmkarlar ittifaqı üzvlüyünə motivasiyanıın gücləndirilməsi məqsədilə "İşin peşəkar gənci" fəxri adına layiq görülənləri müəyyən etmək üçün sahə üzrə 6 nəfərdən ibarət baxış komissiyasının yaradılması və Əsasnaməsinin təsdiq edilməsi məqsədəuyğundur."İşin peşəkar gənci" fəxri adını almaq üçün irəli sürülən hər bir namizədlə bağlı sənədlər dekabr ayının 01-nə qədər baxış komissiyaya təqdim olunmalıdır.

İclasda həmçinin Federasiyanın V Məclisinin çağırılması, 6 aylıq maliyyə hesabatlarının təhlili, sanatoriya-kurort və istirahət ocaqlarına yollayışların üzv təşkilatlar arasında bölgüsünün təsdiqi barədə məsələlər müzakirə olunmuşdur.

Rüb ərzində baxılan suallar arasında 2012-2015-ci illər üçün bağlanmış Sahə Sazişlərin və 2014-2015-ci illər üçün bağlanmış kollektiv müqavilələrin icrasına dair məlumat və yeni Sahə Sazişlərin bağlanması maraq dairəsində olmuşdur.

2014-2015-ci illər üçün bağlanmış Sahə Sazişlərin və kollektiv müqavilələrin icrasına dair məlumatı ilə komissiyanın sədri, vitse-prezident X.Nəsibov tanış etdi. Müzakirə zamanı bildirildi ki, sahəyə aid Kollektiv Sazişin və kollektiv müqavilələrin öhdəliklərini diqqət mərkəzində saxlayaraq "Xidmət-İş" Hİ Federasiyanın İcraiyyə Komitəsi öz iclasında həmkarlar ittifaqlarının vəzifələrinə aid məsələni müzakirə etmiş, sahə həmkarlar ittifaqları təşkilatlarına tövsiyələr vermiş, konkret vəzifələr qoyulmuşdur. Bakı şəhəri rayonları üzrə təftiş komissiyası yaradılsın, üzvlük haqqlarını ödəməyən təşkilatlara xəbərdarlıq məktubları göndərilsin. Bu tapşırıqlar ilin sonuna kimi öz əksini tapsın. Həmkarlar ittifaqlarının təşkilatları və işəgötürənlər arasında bağlanan sazişlərdə və kollektiv müqavilələrdə müəssisələrin sosial-iqtisadi siyasəti iqtisadi inkişafın dayanıqlılığının, istehsalatın modernləşdirilməsinin və rəqabət qabiliyyətinin yüksəldilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi, yeni layiqli iş yerlərinin yaradılmasının təmin edilməsi və digər məsələlər əsas yer tutur və onların icrası üçün əməli iş aparılır. Həmkarlar ittifaqı işçilərin əmək, sosial-iqtisadi mənafeləriniin müdafiəsini təmin edən AR ƏM müvafiq maddələrinin tələblərinin yerinə yetirilməsinə nəzarət edir. Həmkarlar ittifaqlarının prioritet vəzifələrindən biri olan əməyin mühafizəsi, əmək şəraitinin yaxşılaşması sahəsində də işlər 2014-cü ildə diqqət mərkəzində saxlanılmış, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı praktiki işlər görülmüşdür. Həmkarlar ittifaqları müəssisə və təşkilatlarda işçilərin əmək hüquqlarına əməl olunmasını daim diqqət mərkəzində saxlayır. Ötən il ərzində Federasiya bu məqsədlə araşdırmalar aparmış, məhkəmə proseslərində iştirak etmiş və işçilərin əmək hüquqlarının pozulduğu halda onların bərpasını təmin etmək üçün zəruri tədbirlər görür. Müəssisə, idarə və təşkilatlarda əmək qanunvericiliyinin tələblərinə riayət olunması üzərində nəzarətin gücləndirilməsi məsələləri kollektiv müqavilə və sazişlərdə əks olunmuşdur. Bir daha qeyd etməliyik ki, Federasiya "Azərittifaq" MMC, "Azkontrakt MMC, " Kurort " QSC, "AR Turizm və Ekskursiyalar Şurası” ilə Kollektiv Sazişləri və yerlərdə bağlanan kollektiv müqavilələrdə mövcud iş yerlərinin qorunub saxlanması, kütləvi ixtisarlara yol verilməməsi, yeni iş yerlərinin yaradılması, ixtisasın artırılması, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik və digər məsələlər "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyanın maraq dairəsində qalır. 

"Turizm və Ekskursiyalar üzrə Azərbaycan Respublika Şurası", "Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı - Azərittifaq", "Azərbaycan Dövlət Kontrakt Korporasiyası - Azərkontrakt" da yaradılmış komissiyalar Federasiya tərəfindən hazırlanmış Sahə sazişlərin layihəsi hələ iyun ayında verilmişdir.Bu müddət ərzində təkliflər müzakirə olunub, öz layihələri bizə göndərmişdilər. Bir daha komissiyanın iclasında müzakirə etdikdən sonra, kollektiv Sazişlər imzalanma mərasiminə hazırlanmışdır və həmin mərasim keçirilmişdir. Kollektiv müqavilələrə aid deyə bilərik ki, müqavilə nümunəli hazırlanıb təşkilat və müəssisələrə paylanmışdır. Əksər halda hazırlanmış müqavilələr imzalanır.

image-02-10-15-01-55-9

image-02-10-15-01-55-7