AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

“Sağlam ailədən sağlam cəmiyyətə doğru” başlığı altında tədbir

Tədbir Federasiyanın İcraiyyə Komitəsinin qərarı ilə sahə işçilərin uşaqları arasında 2014-2015-ci tədris ili ərzində elan olunmuş əl və rəsm işlərindən ibarət sərginin baxışı ilə başlandı. Sonra tədbirə dəvət olunan qonaqlar konfrans zalına keçərək tədbirimiz işini davam etdi. Tədbiri Federasiyanın birinci vitse-prezidenti, "Gender bərabərliyi və qadın problemləri" üzrə komissiyanın sədri Sadət xanım Tahirova hamını 15 may Beynəlxalq Ailə Günü münasibətilə təbrik etdi və "Azərbaycanda ailə cəmiyyətinin əsas özəyi kimi dövlətin himayəsindədir" mövzusu ətrafında çıxış etdi. O qeyd etdi ki, müasir dövrdə milliyyətindən, dilindən, dinindən, irqindən asılı olmayaraq hər bir insan gənc yaşlarından cəmiyyətdə layiqli yerini tapmaq, özünün saf idealarına qovuşmaq, həyatını dəyərləndirmək üçün isti ocağa – ailəyə ehtiyac duyur.

Möhtərəm Prezidentimiz İlham Əliyevi və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva bütün dünyaya müasir Azərbaycan ailəsinin qarşılıqlı sevgi və ehtiram kimi yüksək dəyərlər üzərində qurulduğunu dəfələrlə sübuta yetirib. Belə ki, statistik məlumatlara görə ölkəmizdə qeydə alınan nigahların sayı 2012-ci ildə 78480 təşkil edirdisə, 2013-cü ildə 86594, 2014-cü ildə isə 84900 nəfər təşkil etmişdir. Əlbəttə dəyişən zaman qloballaşan dünya şübhəsiz Azərbaycan ailəsinə də öz təsirini göstərir. Amma hər halda Azərbaycan ailəsi bu gün orta statistik Avropa ailəsinə nisbətən dayanıqlıdır, daha çox ailədaxili münasibətlər harmoniyaya əsaslanır, böyük-kiçik yeri bilmək, ağsaqqal sözünü eşitmək, hörmət etmək kimi meyarlar daxildir. Azərbaycan dünyavi, hüquqi, demokratik bir dövlətdir. Hər bir vətəndaşın, o cümlədən, ailə üzvünün hüquqları qorunur. Yaxın gələcəkdə ölkəmizdə Ailə Strategiyası adlı sənədin qəbul olunması gözlənilir. Bu sahədə bizim Federasiya çoxsaylı maarifləndirici seminarlar və dəyirmi masalar, müsabiqələr, işləyən gənclərlə və tələbələrlə Federasiyanın rəhbərləri ilə müxtəlif mövzularda görüşlər keçirilir: "Ailədə uşaqları necə tərbiyə etməli", "Ailənin hüquq təminatı", "Ailə planlaşdırılması strategiyası", "Həyatı əhəmiyyətli qərar" və s. Qeyd etməliyik ki, hər il 90 yaxın tədbir keçirilir. Hər bir yenilik dərhal Federasiyanın daimi komissiyaların müzakirəsinə çıxarılır və geniş formatda beynəlxalq tədbirlər keçirilir. Həmin tədbirlərdə üzvlərimizin cüzi bir faizı faydalana bilir, amma buna baxmayaraq biz bu istiqamətdə işlərimizi davam etdiririk və çalışacağıq bundan sonra üzvlərimizə diqqəti əsirgəməyək.

15_MAY_2015__1_2

image-14-05-15-03-11-2

image-14-05-15-03-11-5