AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

“Uşaq əməyinin qarşısının alınması üzrə bacarıqların inkişafı” layihəsi üzrə ilk seminar

06 may 2015-ci il tarixdə uşaq əməyinin aradan qaldırılması üçün Həmkarlar İttifaqlarının Milli və Beynəlxalq Strateqiyasının hazırlanması ilə əlaqədar Beynəlxalq Əmək Təşkilati Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə "Uşaq əməyinin qarşısının alınması üzrə bacarıqların inkişafı" layihəsi üzrə ilk seminarı "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiaysında keçirilir. Layihənin əsas məqsədi həmkarlar ittifaqlarının uşaq əməyi sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələr müəyyən edilmişdir:Uşaq əməyi üzrə bilik və bacarıqların artırılması; Həmkarlar üzvləri üçün uşaq əməyinə dair məlumat və biliklərə çıxışın təmin olunması; Uşaq əməyi siyasəti və iş planının AHİK strukturuna inteqrasiya edilməsi.

Fəaliyyətlər:Həmkarlar ittifaqlarının kənd təsərrüfatı, təhsil, xidmət və nəqliyyat sektorları təmsilçiləri üçün 4 seminarın təşkil edilməsi; Həmkarlar ittifaqları üzvləri üçün gələcəkdə təlimlərin təşkili məqsədilə təlimçilərin hazırlanması; Həmkarlar ittifaqları əmək müfəttişliyi nümayəndələrinin BƏT əmək müfəttişləri üçün təşkil ediləcək təlimdə iştirakı və d. tədbirlər. Tədbiri Federasiyanın birinci vitse-prezidenti Sadət xanım Tahirova açaraq tədbirin mahiyətdən danışdı, sonra sözü verdi cənab Elnur Nəsibov, Beynəlxalq Əmək Təşkilatının nümayəndəsi, cənab Namiq Hüseynov AHİK nümayəndəsi qeyd etdilər ki, Beynəlxalq Əmək Təşkilatı və Həmkarlar İttifaqları ilə İş Departamentinin prioritetləri BƏT İdarəetmə Qurumu və İşçi Qrupu tərəfindən müəyən edilmişdir.Bu prioritetlər sırasına uşaq əməyinin aradan qaldırılması da daxildir. İlk olaraq Həmkarlar İttifaqları uşaq əməyinə qarşı kütləvi kampaniyanın təşkili vasitəsilə mübarizə apara bilər. BƏT əsas Konvensiyalar sayılan 138 və 182 saylı Konvensiyaların ratifikasiyası uğrunda kampaniyalar həyata keçirir. Həmkarlar İttifaqlarının uşaq əməyinə qarşı fəaliyyətinin ikinci vasitəsi, BƏT-in hazırladığı Uşaq Əməyinə Qarşı Proqramına (İPEC) qoşulmaqdır. Həmkarlar İttifaqları hökümətin və sahibkarların bərabər tərəfdaşı olaraq,milli səviyyədə prioritetlərin müəyyən olunmasında və uşaq əməyi üzrə işçi qruplarının işində iştirak etməlidir.Uşaq əməyinə qarşı mübarizə işinə Həmkarlar İttifaqlarının cəlb olunmasının daha bir yolu statistik məlumat və monitorinqdir. BƏT bu sahədə dəqiq və düzgün məlumatın toplanması və sistemləşdirilməsi məqsədilə, Uşaq Əməyinə dair Statistik Məlumat və Monitorinq Proqramını (SİMPOC) yaratmışdır. Proqramın yaradılmasında əsas məqsəd, uşaq əməyinə dair məlumat bazasının və məlumatın toplanması metodologiyasının təkmilləşdirilməsindən ibarətdir. Həmkarlar İttifaqları iş və işçi barədə unikal məlumat və biliklərindən istifadə edərək hökümətlərə bu sahədə yardımçı ola bilərlər.Uşaq əməyi öz-özünə yox olan problem deyildir,Bu problemin aradan qaldırılması sosial ədalət və qeyri-bərabərliyinin həll olunmasında dəstəkdir. Sosial ədalətsizlik azaldıqca,uşaq əməyi halları da azalacaqdır. Bu məqsəd Həmkarlar İttifaqlarının həyata keçirdikləri kampaniyalarda əsas yeri tutmalıdır.

Müzakirə vaxtı hər iki nümayəndələr tərəfindən uşaq əməyi nədir? uşaq əməyinin formaları barədə məlumatlar verildi. Müzakirə üçün tədbir iştirakçılara suallar qoyuldu: uşaq əməyin təcili aradan qaidırılmalı olan hansı ən pis formalarına rast gəlinir ( öz təcrübənizdən), uşaqların çalışması üçün məqbul iş formalarını səsləndirin və b.,uşaq əməyinə qarşı mübarizədə Həmkarlar İttifaqının rolu, niyə həmkarlar bu işi ilə məşqul olmalıdır? və b. Çıxış edənlər: Abşeron RHİK sədri E.Zeynalov( uşaq əməyinə dair fəaliyyət planın hazırlanması), Xəzər RHİK sədri Ə.Əmirov(işsizliyinin aradan qaldırılması), Bakı ŞHİK üzvü F.Qəhrəmanov( ailə tərbiyəsi ), MUM HİK sədri R.Əliyeva( riskli ailələrə ünvanlı müavinatların verilməsi və onun miqdarı),Binəqədi RHİK sədri Z.Muradova( uşaq əməyi hallarının müəyyənləşdirilməsi və məlumatların olması), "Dəvəli" firmasının HİT sədri K.Talıbova(kollektiv müqavilələrdə həmin məsələnin işiqlandırılması), Xətai RHİK sədri R. Eyubova(uşaqların asudə vaxtların təşkili) və b. qeyd etdilər ki, həmkarlar ittifaqlarının əsasında həmrəylik və sosial ədalət prinsipləri durur, buna görə də uşaq əməyinin aradan qaidırılmasına yönəlmiş sosial balansın yaradılması həmkarların maraqlarına tam cavab verir. Sonda Sadət xanım Tahirova qeyd etdi ki, Federasiya öz gündəlik işində bu kimi istiqamətlərdə müntəzəm olaraq iş aparır: bu həm Ticarət işçiləri Mədəniyyət Sarayının özfəaliyyət kollektivləridir, həm Gənclər təşkilatlarla aprdığı maarifləndirici seminarlar, həm ildə iki dəfə Federasiyanın rəhbərləri ilə həmkarlarla görüşlərdən, həmkarlar ittifaqların bu işdə hökümətə yardımçı olmaqdan bəs etdi.

Federasiyanın vitse-prezidenti Xəyyam Nəsibov qonaqlara və iştirakçılara minnətdarlığını bildirdi və qeyd etdi ki həmkarlar ittifaqları uşaq əməyinin aradan qaldırılmasında fəaliyyətini canlandıracaqdır.

image-06-05-15-03-33

image-06-05-15-03-33-7

IMG-20150506-WA0016