AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

“Ümumdünya Əməyin Mühafizəsi (28 Aprel) günü” barədə

"Xidmət-İş" HİF cari ilin aprel ayının 23-də "Ümumdünya Əməyin Mühafizəsi (28 Aprel) günü" münasibəti ilə dəyirmi masa keçirilımişdir. Tədbirdə AHİK-in nümayəndəsi əməyin mühafizəsi şöbəsinin müfəttişi M.Mehrabov, Federasiyanın qeydiyyatında olan "Kurort" QSC-nin tabeliyində olan müəssisələrin həmkarlar ittifaqı təşkilatlarının sədrləri, kadr və əməyin mühafizəsi məsələləri sahəsində çalışan mütəxəssisləri seminarda iştirakedib.Tədbiri Federasiyanın birinci vitse-prezidenti S.Tahirova açaraq bu tədbirin əhəmiyyətindən danışmışdır. O, qeyd etmişdir ki, hər il olduğu kimi, bu il də AHİK-in tövsiyyəsi əsasında BƏT-in təklif etdiyi "Əməyin mühafizəsi sahəsində profilaktika mədəniyyətini birgə yüksəldək" mövzusunun icrası ilə əlaqədar tədbirlər planı hazırlanmış və İcraiyyə Komitəsinin 13.03.2015-ci il tarixli iclasında təsdiq olunduqdan sonra, icrasına başlanmışdır. AHİK-in İcraiyyə Komitəsinin 07.04.2014-cü il tarixli, 5b. №-li qərarının icrasını təmin etmək məqsədi ilə xidmətə daxil olan müəssisələrdə çalışan işçilərin sağlam və təhlükəsiz əmək şəraitində çalışmalarının işəgötürənlər tərəfindən təmin edilməsinə həmkarlar ittifaqı tərəfindən nəzarətin gücləndirilməsi, onların bu sahədəki fəaliyyətində maddi - mənəvi maraq yaratmaq məqsədi ilə "Xidmət- İş" Hİ Federasiyasının İcraiyyə Komitəsi 25.04.2014-cü il tarixli, 09.b 01ə №-li qərarı ilə sahə müəssisələri arasında “ Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2014-cü ilin ən yaxşı müəssisəsi( təşkilatı)” devizi ilə müsabiqə elan etmişdir və prot.11 b.08ə «29» dekabr 2014-cü sahə müəssisələri arasında elan edilmiş müsabiqəni yekunları təsdiq olunmuşdur. Bu kimi müsabiqələr müəssisə və təşkilatlar arasında böyük nüfuz qazanıblar. S.Tahirova Federasiyanın 2012-2014-cü illərin statistik göstəricilərinədə nəzər salmağı xahiş etdi.

Sonra söz AHİK-in əməyin mühafizəsi şöbəsinin müfəttişi M.Mehrabova verilmişdir.Yuxarıda göstərilən mövzu ətrafında çıxış edən mütəxəssis bu tədbirin əhəmiyyətindən, onun sahə müəssisələrində gələcəkdə baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınmasında qismən də olsa müəyyən rol oynacağı barədə danışmışdır və tədbir iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Federasiyanın baş texniki əmək müfəttişi R.Məmmədov dəyirmi masanın gündəliyinə salınmış 2 mövzu: "Kollektiv müqavilə və əmək müqavilələri bağlanarkən AHİK-in İcraiyyə komitəsinin 05 sentybr 2014-cü il tarixli, 6b.54ə№-li Qərarına əlavə edilmiş "Tövsiyyələr" və "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları barədə" tədbir iştirakçılarına məlumat vermiş, onlara əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı suallara ətraflı məlumat vermişdir.

Tədbir iştirakçılardan onları narahat edən məsələlər və son illər bu sahədə qazandıqları uğurlar ətrafında çıxış edənlər olmuşdur.

Sonda tədbir iştirakşılarına hazırlanmış normativ-hüquqi sənədlərdən və gündəlikdə duran məsələlərlə bağlı istifadə edilmiş sənədlərdən çıxarışlar paylanılmışdır, o cümlədən Federasiyanın 2012-2014-cü illər statistik göstəricilərin toplusu təqdim olunmuşdu.

 

9-2

Qazet__1