AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

Aprelin 01-02-də "Street Net İnternational" Beynəlxalq Alyansın xətti ilə "Xidmət-İş" Hİ Federasiyasının növbəti layihəsi həyata keçirildi

Aprelin 01-02-də "Street Net İnternational" Beynəlxalq Alyansın xətti ilə "Xidmət-İş" Hİ Federasiyasının növbəti layihəsi həyata keçirildi. Dəyirmi masa "Nyu Baku" Hotelində "İşəgötürənlərlə danışıqların formaları, üsulları və taktikası" mövzusunda təşkil olunmuşdur . Layihənin koordinatoru Federasiyanın vitse-prezidenti Cəmaləddin İsmayılov, Beynəlxalq Əmək təşkilatının nümayəndəsi və layihənin moderatoru Vsevolod Barbanyaqru tədbirin əsas məqsədinin həmkarlar ittifaqları fəallarına müəssisə rəhbərliyi ilə danışıqlar zamanı təşkilat üçün daha sərfəli şərtlərlə müqavilələr bağlanmasına nail olmaq və bunun həyata keçirilməsinin yollarını araşdırmaq idi.Layihənin mövzusunu əsas götürərək, tədbirə həm təcrübəli həmkarlar ittifaqı kmitə sədrləri, həm yeni seçilmiş həmkarlar itifaqı təşkilatların sədrləri,həm təzə bu içtimai işə yıyələnən fəalları və həmdə heç həmkarlar ittifaqı üzvü olmayan və həmkarlar ittifaqı barədə anlayışı olmayan işçilər davam olunmuşdur.

DSC_0044

Vsevolod Barbanyaqrunun iştirakçılarla tanışlığı çox səmimi başladı. Hər bir həmkarlar ittifaqı fəalı çalışdığı müəssisə, təşkilat və özü haqqında ətraflı məlumat verdi və beləliklə ilk ünsüyyət yaradıldı.Ekspertin həmkarlar ittifaqı nə kimi birləşmədir, kimlər yaradır və təşkilat öz məqsədlərinə hansı üsullarla nail olur? suallarına müxtəlif cavablar verildi. Lakin sonda ümumi bir rəyə gəlindi ki, bu, işçilərin birlikdə yığışıb yaratdığı təşkilatdır ki, iş yerində öz hüquqlarını qorusun. Ekspert bildirdi ki, buraya ədalətli və layiqli əməkhaqqı hesabına işçilərin həyat səviyyəsinin yaxşılaşdırılması, işçilərin məşğulluğunun təmin edilməsinə və iş yerlərinin saxlanılmasına yardım, istehsalatda təhlükəsiz əmək şəraitini, işçilərin sosial zəmanətlərinin təmin olunması və möhkəmləndirilməsi daxildir. Bütün bu deyilənlərə həmkarlar hansı forma və üsullarla nail olur? Danışıqlar iki nəfərin oturub söhbət etməsi deyil. Burada yüzlərlə işçinin mənafeyi təmsil olunur. Danışıqların nəticəsinin işçi üçün əhəmiyyəti müxtəlif səbəblərlə əsaslanır. Bu məsələlər tək həmkarlar ittifaqı üzvlərinin fəallığı, mütəşəkkilliyi, birliyi, həmrəy fəaliyyəti işinin bütün forma və metodlarından asılı deyil.

Əsas məqsədə çatmaq üçün ilk növbədə kollektiv müqavilə bağlanılması nəzərdə tutulmalıdır. Bu müqavilə müəssisə və təşkilatlarda işçilərlə işəgötürən arasında sosial əmək münasibətlərini tənzimləyən əsas hüquqi aktdır. Bilirsiniz ki, bu, respublikanızın Əmək Məcəlləsində də qeyd olunub və hər il Baş Kollektiv Saziş imzalanır,axırıncı 2014-2015-ci illər üçün.

Cəmaləddin İsmayılov məsələyə müdaxilə edərək bildirdi ki, kollektiv müqavilələrin bağlanmasında özəl şirkətlərlə ciddi çətinliklər var. İştirakçılarımızın çoxu da özəl şirkətləri təmsil edir. "Baltika-Bakı" şirkətinin, yəqin ki, hamınız tanıyırsınız. Bu müəssisədə həmkarlara ciddi təzyiq edilir. Kollektiv müqavilənin şərtlərini müzakirə edərkən bir cox çətinliklərə qarşılandıq, amam razılığa hər iki tərəfdən müəyyən dəyişikliklərə razı gələrək, ümumi razılığa gələ bildik. Moderator "Türk-İş" Həmkarlar İttifaqının 25-30 ildir ki, sahibkarlarla necə ağır mübarizə aparmasından danışdı və qeyd etdi ki, bu ittifaqın hər bir üzvü hər ay birgünlük əməkhaqqını ittifaqın hesabına köçürür. Əgər ittifaq üzvləri tətillərə qoşularaq işləməsə belə, 6 ay müddətində onların əməkhaqqını ödəmək mümkündür. Bizim isə belə imkanlarımız yoxdur. Əgər olsaydı, biz də öz müddəalarımızı diktə edə bilərdik.Ancaq bu gün biz heç də əlacsız deyilik.

BƏT-in eksperti daha bir mühüm məsələdən söhbət açdı: istehsalatda iki əsas fiqur var. İşçi və işəgötürən. Onları nə birləşdirir? Tək əmək müqaviləsimi? Mən deməzdim. İstehsalatın vacib şərtlərinin əsası nədir? İşçi bilməlidir ki, o nə iş görür. İşəgötürən də bilməlidir ki, işçi necə işləməlidir və onun əsasında hansı gəlir durur. Çünki hər iki tərəf çalışır ki, daha çox qazansın.,yəni işçi öz əməyini satır, işəgötürən alır və nə qiymətə?işçi baha satmağa, işəgötürən ucuz almağa. Ən əvvəl bütün danışıqlıqlar birinci mərhələsi - hansı məsələ qaldırılacaq və məqsəd: maksimum – minimum. Sosial dialoq danışıqların ən yaxşı variantıdır. Hüquqi əsaslarla öz maraqlarımızı qorumalıyıq.

"General Konstruktion" şirkətinin nümayəndəsi ,HİK sədr müavini Elşad Allahverdiyevi daha çox gəlirlərin qeyri-müəyyən bölünməsi maraqlandırdı: “Hörmətli ekspert, hamımıza yaxşı məlumdur ki, gəlirlərin bölünməsində heç vaxt şəffaflıq olmayıb. Daha ixtisaslı kadrlar az qazanıb. Əvvəllər də belə olub və indi də davam edir. Bu məsələdə həmkarlar ittifaqı hansı ciddi tədbirlər görə bilər və alınmasa, işəgötürənlə necə danışıq apara bilər?
Sahə Hİ Xətai Rayon Komitəsinin sədr müavini Elnur Hüseynov məsələ ilə əlaqədar çıxışında bildirdi ki, fəaliyyətimizə maneçilik törədən səbəblər çoxdur. Bunların çoxunu müəssisə, idarə və təşkilat rəhbərləri ilə müəyyən danışıqlar vasitəsilə həll edə bilirik. Təəssüf ki, elə təşkilat rəhbərləri də var ki, həmkarlar ittifaqını yaxına buraxmaq istəmirlər. Bu zaman sahibkarların xəbəri olmadan da müəyyən işlər görürük və onları fakt qarşısında qoyuruq. Bundan sonra böyük çətinliklə də olsa hüquqlarımızı müdafiə edirik.

V.Barbanyaqru qeyd etdi ki, Sosial tərəfdaşlıq-işçilər- həmkarlar ittifaqı təşkilatı simasında, işəgötürənlər-sahibkar simasında və dövlət hakimiyyəti orqanları arasında qarşılıqlı munasibətlər sistemidir. Sosial tərəfdaş kollektiv sazişlər vasitəsilə reallaşdırılır. Sosial tərəfdaşlıq niyə üçtərəfli olmalıdır? Çünki dövlət burada iştirak etməsə işçi və işəgötürən yaxşı mənada bir-birini qırar. Dövlət müəyyən vasitələrlə (Əmək Məcəlləsi, başqa qanunverici sənədlər) bu münasibətləri tənzimləyir. Hər il iyunda Cenevrədə BƏT-in Konfransı keçirilir. Burada üzv ölkələrdən 3 nümayəndə heyəti iştirak edir. Əvvəlcə nümayəndə heyətləri ayrıca toplaşır və problemlər həll olunur. Bundan sonra həmkarlar ittifaqları, işəgötürənlər və dövlət nümayəndə heyətləri məsələləri bir yerdə həll edirlər. Yəqin çoxlarınız da bilmirsiniz, BƏT-in ən çox maliyyə vəsaiti ayırdığı və yardım etdiyi təşkilat həmkarlar ittifaqlarıdır.

Tədbirin ikinci günü iki məşğələ( açıq dərs) keçirildi. Birinci məşğələdə danışıqlar vaxtı üç əsas məsələnin (problemin) müəyyən edilməsi təklif olundu. İştirakçılar bu problemlərin sırasından əsas etibarilə əməyin ödənişi, iş rejimi və əməyin şəraitinin yaxşılaşdırılmasına daha çox diqqət yetirdilər.Fikir mübadiləsi zamanı qeyd olunurdu ki, üç problemin seçimi: vacibliyi, həll oluna biləcək tərəfi və işçilərin dayağı önəmlidir. Məsələlərin seçimi praktiki olmuşdur.Hər qrup öz seçimi əsaslandırdı.

DSC_0053

Sonra seminar iştirakçıları üç yerə bölünərək yerli hakimiyyət, rayon həmkarlar ittifaqları və ticarətçilər arasında küçə ticarətinin abadlaşdırılması mövzusunda oyun (məşğələ) keçirdi. Bu zaman həmkarlar ittifaqını təmsil edənlər "ticarətçilərin" tələbatlarını öyrənib, onların həyata keçirilməsi üçün yerli icra hakimiyyətinin rəhbərliyi ilə görüşdə bu məsələlər ətrafında danışıqlar apardı. Danışıqlar auditoriya qarşısında keçirildi və sonda hər iki tərəfdən buraxılan səyflər müəyyən edildi və lazımi təkliflər verildi.

Tədbir iştirakçıları hamıya öz minnətdarlığı bildirdilər və belə bir tədbirlərin keçirilməsinə ehtiyac olmalarını vurğuladılar. Tədbirdə AHİK nümayəndələri fəal iştirak edib.Tədbir "Ülfət" qəzetində daha ətraflı işıqlandırılıb.