AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

Milli Kulinariya Mərkəzinin həmkarlar ittifaqı təşkilatının sədri Gülnar Ələsgərova yazır

28-31.01.2014-cü il tarixlərdə Türkiyənin İstanbul şəhərində keçirilmiş 13-cüKontinentlərarası Beynəlxalq Kulinariya Çempionatında Azərbaycan Milli Kulinariya Komandası iştirak etmişdir. Qeyd etməliyik ki, xidmətimizdə olan Milli Kulinariya Mərkəzinin kollektivi Azərbaycanın Milli Mətbəxini hər bir müsabiqədə layıqincə təmsil edir və hər zaman mətbəximizin özəllikliyini göstərə bilir. Milli Komandamız 10 tərkibdə Çempionata qatıldı. Münsif qismində Azərbaycanı çempionatda Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov təmsil edirdi. Komandanın kapitanı AMKM-in baş mütəxəsisi Nərmin Babayeva idi.Beləliklə, Milli Kulinariya Komandamız Çempionatda 6 qızıl, 7 gümüş, 3 bürünc medal gətirdi.

1959320_10205786956862265_7373085400881996937_n

Təəssüf ki, bu dəfə Komanda üzvləri öncədən qeydiyyatdan keçdiyinə və ödəniş etdiklərinə baxmayaraq 1 komanda yarışına (JPT1) və 4 fərdi yarışa (2-JP1, 2-JP4) təşkilatçıların günahı üzündən buraxılmadılar.

Bu yarışa biz Azərbaycandan özümüzlə “Azersun Holding” şirkətinin istehsalı olan Royal "Omeqa", “Super Sun”, "Zeytun bağları" yağları və “Bizim mətbəx” mayonezini aparmışıq. Hesab edirik ki, yerli məhsulların keyfiyyəti də qazanılan nəticələrə öz müsbət təsirini göstərdi.

20150129_105018

Azərbaycan Milli Kulinariya Mərkəzi “Azersun Holding” şirkətinə, keyfiyyətli məhsullarına və Mədəniyyət və Turizm Nazirliyinə, Təhsil Nazirliyinə komandalarımıza verdiyi dəstəyə görə öz minnətdarlığını bildirir.

20150131_142357