AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

Azərbaycan həmkarlar ittifaqları hərəkatının böyük tarixi vardır

Həmkarlar ittifaqları ilk dəfə olaraq XVIII əsrin 2-ci yarısında Böyük Britaniyada öz peşə maraqlarını müdafiə etmək və sosial statusunu qorumaq üçün birləşmiş yüksək ixtisaslı fəhlələrin lokal assosiasiyası kimi meydana gəlmişdir. XIX əsrin sonunda istehsalat sahələri həmkarlar ittifaqları, milli həmkarlar ittifaqları mərkəzləri meydana gəlmişdir. Bunlardan ən qədimi 1868-ci ildə formalaşmış Britaniya tred-yunionçularının konqresidir. Həmkarlar İttifaqların sosial bazası getdikcə genişlənməyə başlayır. Rusiyada ilk dəfə 1905-ci ildə yaranmış həmkarlar təşkilatlarının ardınca həmkarlar ittifaqları Azərbaycanda da meydana gəlir.
1905-ci il oktyabrın 17-də Bakıda könka fəhlə və qulluqçularının həmkarlar ittifaqı fəaliyyətə başladı. Həmin ilin noyabrında mətbəə işçiləri həmkarlar ittifaqının əsası qoyuldu. Bu dövrdə kontor qulluqçuları, şəhər, mədən qulluqçuları, ticarət gəmiçiliyi qulluqçularının xırda həmkarlar ittifaqları da mövcud idi. 1905-ci ilin sonunda Bakıda "İttifaqların ittifaqı bürosu” yaradılmışdı.

1906-ci il martın 4-də həmkarlar ittifaqı haqqında xüsusi qanun - "Ticarət və sənaye müəssisələrində şəxslər və ya bu müəssisələrin sahibləri üçün təsis edilmiş həmkarlar cəmiyyətləri haqqında müvəqqəti qayda" qəbul etmişdi. Bu qanun həmkarlar ittifaqları və cəmiyyətlərə, onların nizamnamələri müəssisə rəhbərliyi tərəfindən qeydiyyata alınmaq şərtilə leqal fəaliyyat göstərmək hüququ verdi.

Sovet hakimiyyətinin qurulmasına qədər Azərbaycan həmkarlar ittifaqları hərəkatında bir neçə xırda qulluqçu ittifaqları fəaliyyət göstərirdi, hansıki sonralar sovet idarələri və ticarət qulluqçularının həmkarlar ittifaqına çevrilmişdir. Onların arasında Bakı şəhəri və onun rayonlarının ticarət-sənaye fəhlə və qulluqçularının həmkarlar ittifaqı (1918-ci ildə yaradılıb), Bakı şəhəri və onun rayonlarının kooperativ təşkilatlarının fəhlə və qulluqçularının həmkarlar ittifaqı (10 may 1917-ci ildə yaradılıb. Azərbaycan həmkarlar ittifaqları Ümumrusiya həmkarlar ittifaqları Mərkəzi Şurasının (ÜRHİMŞ) müəyyən etdiyi sxemə uyğun olaraq istehsalat prinsipi üzrə yaradılırdı və 1920-ci il iyunun 5-30-da keçirilən konfransda vahid respublika mərkəzi həmkarlar ittifaqları orqanı olan Azərbaycan həmkarlar ittifaqlarının Şurası- AHİŞ yaradıldı. 1920-ci ilin 9 avqust- 6 sentyabr aylarında AHİŞ-in birinci qurultayı keçirildi.

1920-ci ilin iyunun 24-də Sovet və ictimai təşkilatların, ticarət-sənaye müəssisələrinin qulluqçularının və kooperativ təşkilatların fəhlə və qulluqçuları həmkarlar ittifaqının növbəti konfransında sovet, ictimai ticarət-sənaye müəssisələrinin işçilərinin həmkarlar ittifaqının yaradılması haqqında qərar qəbul olunmuşdur.

1920-ci ilin oktyabrın 27-dən 30-dək Bakı şəhərində Bakı sovet, ictimai və ticarət-sənaye müəssisələrinin işçilərinin həmkarlar ittifaqı 1-ci Azərbaycan qurultayı keçirilib.

Ümumrusiya həmkarlar ittifaqı Azərbaycan şöbəsinin idarə heyəti 1922-ci ilin 10 may iclasında özəl, kooperativ, dövlət müəssisələrinin və təşkilatların gələcəkdə ticarət-sənaye və kooperativ qulluqçularının bölmələri təşkil etmək və onun haqqında əsasnamə hazırlaması barədə qərarı qəbul etdi.

1922 ilin noyabrın 21-də Ümumrusiya inzibati-sovet, ticarət və ictimai idarə və müəssisələrin işçilərini həmkarlar ittifaqının V qurultayında yeni nizamnaməsi təsdiqlənib və ittifaqının adı dəyişdirildi.

1923-ci ilin Mayın 1-dən Bakı şəhərində Ümumrusiya inzibati-sovet, ticarət və ictimai idarə və müəssisələrin həmkarlar ittifaqının işçilərinin Azərbaycan şöbəsinin ilk klubu fəaliyyətə başlamışdır. Klubun nəzdində dərnəklər və kitabxana təşkil olunmuşdur.

1925-ci ilin martın 5-də rəyasət heyətinin iclasında Ümumrusiya sovet, ticarət və ictimai idarə və müəssisələrin inzibati işçiləri həmkarlar ittifaqı Azərbaycan şöbəsini ÜMŞHİ və SSRİ həmkarlar ittifaqının Mərkəzi komitəsinin qərarları rəhbər tutaraq, SSRİ sovet və ticarət qulluqçularının həmkarlar ittifaqının Azərbaycan Mərkəzi Şurası adlandırılmasına qərara aldılar.

1924-ci ilin noyabrından Ümumrusiya sovet işçilərinin həmkarlar ittifaqının V qurultayın qərarları əsasında yerli həmkarlar ittifaqı komitələri azı 25 nəfər işçi olan, azı 3 nəfər - həmkarlar ittifaqının nümayəndəsi, 3 nəfərdən az olan müəssisələri idarə heyəti xidmət edirdi. Bakı şəhəri və ətraf rayonları üzrə Sovet və ticarət qulluqçularının həmkarlar ittifaqları 16 kollektiv təmsil edirdi, o cümlədən 6 yerli həmkarlar ittifaqı komitəsi və 10 təşkilat hansılara həmkarlar ittifaqı nümayənləri xidmət edirdi.

1927-ci ilin aprelində Sovet və ticarət qulluqçularının həmkarlar ittifaqının Azərbaycan Mərkəzi İdarə Heyəti yeni ittifaq klubunun tikintisinə başlayıb və noyabr ayında klub açılıb.

1926-cı ilin martıda BMŞHİ-nın V plenumun qərarına əsasən Sovet idarəetmə və ticarət qulluqçularının həmkarlar ittifaqları bölünərək 3 müstəqil həmkarlar ittifaqı yaradılmışdır:

  1. Kooperasiya işçiləri və dövlət ticarəti işçiləri;
  2. Dövlət idarələri işçiləri;
  3. Bank-maliyyə işçiləri

26 sentyabr 1948-ci il tarixdə dövlət ticarət işçiləri və ictimai iaşə işçilərinin Həmkarlar İttifaqı Mərkəzi Komitələrinin birgə plenumunda birləşmə və dövlət ticarət və iaşə fəhlələri Azərbaycan Respublika Komitəsi adlanması barədə qəbul olunmuş qərar 25 oktyabr 1948-ci il Həmkarlar İttifaqları Şurasının Rəyasət Heyətinin iclasında təsdiqləndi. 1957- ci ildə dövlət ticarət və ictimai iaşə işçiləri Azərbaycan Respublika Komitəsi struktur dəyişikliklərdən sonra yenidən Azərbaycan Respublika dövlət ticarət və istehlak kooperasiya işçilərinin Həmkarlar İttifaqı Komitəsi və Azərbaycan Respublika ictimai iaşə işçilərinin Həmkarlar İttifaqı Komitəsi yarandı və 1990-ci ilə kimi bu həmkarlar ittifaqları ayrılıqda fəaliyyət göstərirdilər. 1990-ci ildə həmin Azərbaycan Respublika Komitələri birləşərək AR Dövlət ticarət, ictimai iaşə və istehlak kooperasiya işçilərinin həmkarlar ittifaqı Komitəsi adı altında 1995-ci ilə kimi, sonralar Ticarət, İctimai İaşə, Kooperasiya , Sağlamlıq ocaqları, Turizm, İdman, Otelçilik İşçiləri Həmkarlar İttifaqı Komitəsi kimi fəaliyyətini davam etdiriblər. 29 sentyabr 2000-ci il tarixdə Ticarət, İctimai İaşə, Kooperasiya Sağlamlıq Ocaqları, Turizm, İdman, Otelçilik, Balıqçılıq, Quşçuluq, Taxılçılıq İşçiləri Həmkarlar İttifaqları təsis konfransı keçirərək, Azərbaycan Respublika Ticarət, ictimai iaşə, Kooperasiya Sağlamlıq ocaqları,Turizm, İdman, Otelçilik, Balıqçılıq, Quşçuluq, Taxılçılıq və Digər Xidmət Sahələri İşçiləri Həmkarlar İttifaqları Federasiyası (qısaldılmış adı "Xidmət -İş" HİF ) yarandı.

"Xidmət -İş" Həmkarlar İttifaqları Federasiyası Ticarət, İctimai İaşə və İstehlak Kooperasiyası, Sanatoriya-kurort və Turizm sistemi, Balıq Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqlarının bazalarında yaradılıb və onların hüquqi varisidir, konfederativ əsaslarla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.

Federasiya Azərbaycan Respublikasının ticarət, ictimai iaşə və istehlak kooperasiyası, mehmanxanalar, balıq təsərrüfatı, sanatoriya-kurort və turizm müəssisələri, pansionat, istirahət evləri və digər xidmət sahələri, sahələr üçün kadr hazırlayan təhsil ocaqları işçilərini, tələblərini, sahə Həmkarlar İttifaqlarının könüllülük əsasında müstəqil, ictimai, qeyri-siyasi təşkilatdır.

05 dekabr 2005-ci ildə II qurultay keçirilib. Qurultayda Federasiyanın Nizamnaməsində dəyişikliklər və əlavələr qəbul edilib, Federasiyanın əsas fəaliyyət istiqamətləri müəyyən edilib.

01 iyun 2012-cü ildə III qurultay keçirilib.