AZƏRBAYCAN RESPUBLİKASI

XİDMƏT-İŞ
HƏMKARLAR İTTİFAQLARI FEDERASİYASI

SORGU

Fəaliyyətimiz sizi qane edirmi?

processing

Siz seçim etməmisiniz!

Səsiniz qeydə alındı. İştirakınıza görə təşəkkür edirik.

Səsvermə alinmadı! Bir daha cəhd edin!

Siz artıq səs vermisiniz. Tək bir səs, hər 12 saatdan bir mümkündür.

gender_baner

ilo

vkp

iuf_baner

banner_logo-garabakh

img_1358089406_Link2

baner1

ulfet

banner_logo-garabakh

FOTOQALEREYA

"Xidmət-İş" Hİ Federasiyasının Rəhbərliyi

"Xidmət-İş" Hİ Federasiyasının prezidenti, AHİK sədrinin birinci müavini İlyas Alxas oğlu Əliyev 

 

ilyas.m1957-ci ildə anadan olmuşdur. 1986-cı ildə D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə «Azərkəndtəsərrüfattexnika»-da fəhlə kimi başlamış və müxtəlif vəzifələrdə çalışmışdır.

1981-ci ildən həmkarlar ittifaqı orqanlarında çalışmış, təlimatçı-müfəttiş vəzifəsindən Ticarət və İstehlak Kooperasiyası İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə kimi yüksəlmişdir. 2000-ci ildə bir neçə sahə həmkarlar ittifaqlarının birləşməsi nəticəsində yaranmış «Xidmət-İş» Həmkarlar İttifaqları Federasiyasının prezidenti seçilmişdir.

1996-cı ildə AHİK sədrinin müavini, 1998-ci ildə isə birinci müavin seçilmişdir.

Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Şurasının, AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür.

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə ölkənin «Tərəqqi» medalı, 3-cü dərəcəli «Vətənə xidmətə görə» medalı, «Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley» medalına layiq görülmüşdür. Bir sıra beynəlxalq həmkarlar ittifaqlarının medalları ilə təltif edilmişdir.

Evlidir. Üç övladı var.

 

Federasiyanın   birinci  vitse - prezidenti  Tahirova Sadət Əli qızı

 

birinci-vitse1950-ci ildə anadan olmuşdur.1973-cü ildə Ç.İldrım adına Azərbaycan Politexnik İnstitutunu mühəndis-texnoloq ixtisası üzrə bitirmişdir.

Əmək fəaliyyətinə N.Nərimanov adına Bakı corab-trikotaj kombinatında müxtəlif vəzifələrdə 1973-cü ildən başlamışdır.

1980-cı ilin sentyabrdan həmin müəssisənin birləşmiş həmkarlar ittifaqı komitəsinin sədri seçilmişdir.

1982-ci ildən 1984-cü ilə kimi Azərbaycan Həmkarlar İttifaqları Şurasının təlimatçısı işləmişdir.

1984-cü ildən 2000-ci ilə kimi Ticarət və İstehlak Kooperasiyası İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri müavini vəzifəsinə seçilmişdir. 

2000-ci ildə bir neçə sahə Respublika həmkarlar ittifaqlarının birləşməsi nəticəsində yaranmış «Xidmət-İş» Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilmişdir. 2012-ci ildə "Xidmət-İş" HİF III Qurultayında Federasiyasının birinci vitse-prezidenti vəzifəsinə seçilmişdir.

AHİK-in Məclis, Federasiyanın Məclisvə İcraiyyə Komitəsinin üzvüdür.

Beyəlxalq İctimai Birlik: Ticarət, İctimai İaşə, İstehlak Kooperasiyası və digər sahibkarlıq sahələri İşçilərinin Həmkarlar İttifaqı Konfederasiyasının təftiş komissiyanın üzvüdür.

"Spartak" Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyətinin Rəyasət Heyyətinin üzvüdür.

Federasiyanın “Gender bərabərliyi və qadın problemləri üzrə komissiya”nın sədridir.

Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurası və Ümumittifaq Lenin Komsomol Gənclər İttifaqları "Uşaq və yeniyetmələrin tərbiyəsində" fəal iştirakına görə döş nişanı, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə ölkənin "Tərəqqi" medalı, "Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley" və "Həmkarlar İttifaqında xidmətə görə" medalla layiq görülmüşdür, AHİK-in, Federasiyanın, bir sıra beynəlxalq həmkarlar ittifaqlarının Fəxri Fərmanları ilə təltif edilmişdir.

Ailəlidir, bir qızı, 2 nəvəsi var.

 

Federasiyanın vitse - prezidenti Camaləddin Köçəri oğlu İsmayılov


camaleddin26 iyun 1950-ci ildə Gədəbəy rayonun Slavyanka kəndində anadan olmuşdur. 1972-ci ildə Xarkov İnşaat Mühəndislər İnstitutunu bititrib.

1976-1978 ci illrdə hərbi qulluğunda olmuşdur.
Uzun illər sovet və partiya işində çalışmışdır.

Bakıda əmək fəaliyyətinə 1986-cı ildə Bakı şəhər təhsil idarəsində başlayıb. 1991-ci ildə Respublika Sanatoriya-Kurort və Turizm İşçiləri Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə seçilmişdir.

2000-ci ildə bir neçə sahə həmkarlar ittifaqlarının birləşməsi nəticəsində yaranmış «Xidmət-İş» Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilmişdir.

AHİK Məclis və Icraiyyə Komitəsinin, Federasiyanın Məclis və Icraiyyə Komitəsinin üzvüdür. 

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə ölkənin "Tərəqqi" medalı, "Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley" və "Həmkarlar İttifaqında xidmətə görə" medallara layiq görülmüşdür, AHİK-in, Federasiyanın, bir sıra beynəlxalq həmkarlar ittifaqlarının Fəxri Fərmanları ilə təltif edilmişdir.

Ailəlidir, 2 qızı,bir oğlu,5 nəvəsi var.

 

Federasiyanın vitse - prezidenti Xəyyam Davud oğlu Nəsibov

 

xeyyam-212 dekabr 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil almışdır. 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə İdarəetməsi" fakultəsini bitirib. 2006-cı ildə fərqlənmə Diplomu ilə Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyat və İdarəetmə Beynəlxalq biznes" üzrə magistr dərəcəsi verilib.

Əmək fəaliyyətinə 1995-ci ildə Bakı elektrik şəbəkəsində Transformator sexində 2-ci dərəcəli mühəndis vəzifəsində çalışmağa başlayıb və 3-cü dərəcəyədək yüksəlmişdir. 1998-1999-cu illər Dövlət Əmlak Komitəsində mütəxəssis vəzifəsində çalışıb. 2000-2005-ci illər Abşeron Regional Su "SC" "Suyun paylanması və su xətlərinə birləşdirilməsi araşdırma" şöbəsində aparıcı mühəndis vəzifəsində çalışıb. 2005-ci ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.

2007-ci ildən "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının Bakı şəhər HİK sədri seçilmişdir.

2012-ci ildə "Xidmət-İş" HİF II Məclisinin qərarı ilə Federasiyasının vitse-prezidenti seçilmişdir.

2013-cü ildə Həmkarlar İttifaqı Federasiyasının 20 illik yubileyi ilə bağlı medal ilə təltif edilmişdir.

2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ictimai-siyasi fəaliyyətində və Həmkarlar İttifaqı təşkilatında aktivlik və peşəkarlıq göstərdiyinə görə ölkənin "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Federasiyanın Məclis və Icraiyyə Komitəsinin üzvüdür.

Ailəlidir, 2 övladı var.